İşıq pulu aşağı salınır? – Deputat açıqladı
22-iyun-2018Adətən qiymət məsələlərini Tarif Şurası həll edir və hələlik bu barədə rəsmi açıqlama verilməyib.
Bu sözləri Axar.az-a açıqlamasında növbəti aydan elektrik enerjisinin istehlakı üçün limitə qədər olan məbləğin 1-2 qəpik ucuzlaşaraq 5-6 qəpik, limiti keçdikdən sonra isə 12-13 qəpik həcmində müəyyənləşdiriləcəyi ilə bağlı yayılan qeyri-rəsmi məlumatı şərh edən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, yayılan məlumatdan xəbərdardır:
“Ancaq bu məsələ müzakirəyə çıxarılmayıb və gündəlikdə də belə bir məsələ qeyd olunmayıb. Ona görə də hazırda konkret söz demək olmaz”.
Xatırladaq ki, Tarif Şurasının qərarı ilə elektrik enerjisinin 1 kVt/saat üçün pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kVt/saatadək olarsa, 7 qəpik, aylıq istehlak həcmi 300 kVt/saatı keçdikdən sonra isə hər kVt/saat üçün 11 qəpik təşkil edir.