Və ya Ayaz Əsgərov Heydər Əliyev Mərkəziylə yeməkxananı səhv salıb
Bu yaxınlarda Yardımlıya icra başçısı təyin olunmuş Ayaz Əsgərov gəldiyi gündən yerli camaatın təəccübünə səbəb olmağa başlayıb. JAM.AZ xəbər verir ki, Qazaxla Yardımlını qarışdıran icra başçısının bəzi hərəkətləri isə lətifəyə çevrilməkdədir.
«Bu nə yoldur?»
Qeyd edək ki, hər bir icra başçısı kimi Ayaz Əsgərov da təmsil etdiyi rayonun əhalisi ilə tanış olmağa başlayıb. Kəndlərdə görüşlər keçirərək, onların problemləriylə maraqlanır. Amma Sevindik Hətəmovdan fərqli olaraq, pafosla, ədayla və böyük-böyük vədlərlə. JAM.AZ-a verilən məlumata görə, Ayaz Əsgərov bir neçə gün əvvəl Yardımlının ucqar Avaş və Arvana kəndlərində yerli sakinlərlə görüşüb. Bir xeyli əvvəl bu kəndlərə asfalt olmasa da,
daşdan yol çəkilib ki, gediş-gəlişdə problem yaşanmasın.
İcra başçısı bu yolları bəyənməyib, camaata xitabən deyib ki, bəs, «Bu nə yoldur? Mən sizə betondan yol çəkdirəcəm». Ki, indiyə qədər heç bir icra
b
aşçısı özündə cəsarət taparaq, kənd əhlinə belə vədlər verməyib. Üstəlik, bunu Yardımlıda dilə gətirmək böyük risq tələb edir. Ona görə ki, bu rayonun camaatı icra başçısının ağzından «beton yol» vədini eşidibsə, Ayaz Əsgərovun onu evini satmalı da olsa, etməkdən başqa çarəsi qalmayacaq.
Heydər Əliyev Mərkəziylə yeməkxananı səhv salan rəhbər
Qeyd edək ki, Ayaz Əsgərov bəzəi atdığı addımlarının nəticələrini də hesablaya bilmir. Ən azından diqqətli olması gərəkən şeylər var və onların hər birinə xüsusi həssaslıq göstərməsi lazımdır. Məsələn, Bakıdan gələn istənilən qonağa səhər və günorta yeməyini hər hansı bir restoranda deyil, Heydər Əliyev Mərkəzində verilməsi adəti kimi.
JAM.AZ xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bir müddət əvvəl Yardımlı rayonunda olub və əhali ilə görüş keçirib. Görüşün necə, nə cür keçməsi barədə danışmayacağıq. Çünki buna gərək də yoxdur. Amma Yardımlının yeni icra başçısı Kərəm Həsənova səhər ziyafəti vermək üçün o boyda rayonda normal bir restoran tapmayıb da, Heydər Əliyev Mərkəzində ziyafət stolu açdırıb. Əcəba, Heydər Əliyev Mərkəzi yeməkxanadırmı? O boyda rayonda bir dənə münasib yer yox idimi ki, Kərəm Həsənovu apara bilməsinlər? Görünür, Ayaz müəllim Mərkəzlə yeməkxananın yerini səhv salıb.
İcra başçısının mürəbbə «davası»
Ayaz Əsgərovun unikal cəhətləri də varmış. JAM.AZ xəbər verir ki, Yardımlının icra başçısı elə Kərəm Həsənovla səhər yeməyi yeyərkən, ortalıq qarışıb. Daha doğrusu, ortalığı qarışdıran isə elə icra başçısının özü olub.
Belə ki, səhər yeməyi masasının üzərində göyəm mürəbbəsi varmış və icra başçısı ondan dadandan sonra hayıl-mayıl olur. Tez köməkçisinə tapşırır ki, təcili olaraq həmin mürəbbədən tapsınlar. Məsələ, birinci müavin Azər Xamıyevə qədər çatır və o, bütün Yardımlıda mürəbbə bişirməyi bacaran adamların hamısıyla əlaqə saxlayaraq, icra başçısının istəyini çatdırır. Hətta həmin mürəbbənin bir bankasına 100 manat verməyə hazır olduğunu da deyir. Təki, Ayaz Əsgərovun xoşuna gələ bilsin və etimadını qazansın.
JAM.AZ xəbər verir ki, nəhayət, mürəbbədən tapılır, amma lap kiçik tomat bankasında. Deyilənlərə görə, icra başçısı həmin kiçik bankanı cibinə qoyaraq, iş yerinə aparıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.