Bu gün:
Xezer.info » Cəmiyyət » İdarə rəisi nazirə verdiyi 300 min manatı şöbə müdirlərindən çıxarır

İdarə rəisi nazirə verdiyi 300 min manatı şöbə müdirlərindən çıxarır


İdarə rəisi nazirə verdiyi 300 min manatı şöbə müdirlərindən çıxarır
Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova pul üçün onu sıxışdıran Malik Vəliyevdən icra başçısına şikayət edib

10 saylı Regional Təhsil İdarəsinin başına keçən Malik Vəliyev haqqında ilginc iddia yayılıb. JAM.AZ Azmedia.info-ya istinadən xəbər verir ki, Vəliyev istəyinə çatmaq üçün şəxsən nazir Mikayıl Cabbarova 300 min manat pul verib.
İddiaya görə, idarə müdiri nazirlə görüşərək, ortaq məxrəcə gəliblər. Onların görüşlərini isə Malik Vəliyevin dostları təşkil edib. JAM.AZ-a daxil olan məlumatlara görə, Regional İdarənin müdiri nazirə verdiyi pulu çıxarmaq üçün bütün Təhsil Şöbələrinin müdirlərini başına yığaraq, onlardan haqq tələb edib. Bəzi saytların yazdığına görə, Regional İdarənin tabeliyində olan Təhsil Şöbələrinin hər birindən 30 min manat pul tələb edən Malik Vəliyevin, buna ciddi şəkildə ehtiyacı olduğunu vurğulayıb. Deyilənlərə görə, həmin pulu verməyən şöbə müdirinə maliyyə saxtakarlığı damğası vuraraq, işdən çıxaracağıyla hədələyib.
JAM.AZ-a daxil olan məlumata görə, 30 min manat istənilən şöbə müdirlərindən biri də Xuraman Rüstəmovadır. Beyləqan Təhsil Şöbəsinə yenicə rəhbər təyin olunmuş xanım Rüstəmova Malik Vəliyevlə anlaşa bilməyib. Belə ki, o, vəzifəyə yeni gəldiyi, hazırda o qədər vəsaitinin olmadığını deyərək, vaxt istəyib. Hətta deyilənlərə görə, Xüraman Rüstəmova onu sıxışdıran Vəliyevdən Beyləqanın icra başçısı Vaqif Abdullayevə şikayət də edib.
Qarşı tərəfi də dinləməyə hazırıq.