Oğlu həbs edilmiş ana İlham Əliyev və Mehriban xanım Əliyevaya müraciət etdi - MURACİƏT
18-may-2018Zərdab rayonu Çallı kənd sakini Məmmədova Sehri Nizami qızı tərəfindən
MÜRACİƏT
Mən bir ana kimi mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm.
Hörmətli İnsanlar mənim oğlum Məmmədov Qənimət Tehran oğlu heç bir cinayət törətməsədə Zərdab rayon icra başçısı Lütvəli Babayevin qəzəbinə tuş gəldiyi üçün onu şər-böhtanla həbs etdirib.Lütvəli Babayev öz çirkin əməlini sığortalamaq üçün pul gücünə telekanallar vasitəsi ilə 3 gündür şou düzəldib xalqı aldadır ki, Qənimət Məmmədov özünü müxbir kimi qələmə verib sosial şəbəkələrdə rüsvay edici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək sahibkarlardan pul tələb etdiyi üçün həbs edilib. Ancaq elin gözü tərəzidir. Əgər mənim oğlum 7 nəfər o şəxslərdən hədə-qorxu ilə pul tələb etmişdisə və almışdısa nə üçün hüquq mühafizə orqanları xüsusi əməliyyat keçirib onu hədə qorxu gəlib pul anada video çəklişlə nömrələnmış pullarla həbs etmirdilər ? Çünki mənim oğlum belə bir cinayət törətməyib. Bu cinayət işinin bir zərəçəkmişi var ki, oda icra başçısı Lütvəli Babayevdir.
Qənimətin barəsində şikayət edən "zərərçəkən" -lər Zərdab meşə idarəsinin müdiri Bəxtiyar Fətəliyev, icra başçısı Lütvəli Babayevə məxsus maqazini işlədən Anar Qurbanov, yenə Lütvəli Babayevin ortağı olan Luksoyl Yanacaq Doldurma Məntəqəsinin müdiri Sadiq Məmmədov, Faiq Mürsəliyev adlı ruhi xəstə və Ucar rayonunda yerləşən Lütvəli Babayevin ortağı olduğu aptekləri işlədən Elvin İsgəndərovdur.
Diqqət edin Faiq Mürsəliyevlə Qənimət bəy arasında Zərdab məhkəməsinin icraatında bu ilin fevral ayında mülki qaydada verilmiş qarşılıqlı iddia var. Faiq Mürsəliyev iddia ərizsində yazıb ki, Qənimət mənə sosial şəbəkədə yaltaq deyib təhqqir edib.Ancaq qeyd etməyib ki, məndən hədə qorxu ilə pul tələb edir. Ancaq Lütvəli Babayevin sifarişi həyata keçirilən zaman 11 mayda bu ittiham ortaya atılmışdı.
Zərdab Meşə İdarəsinin müdiri Bəxtiyar Fətəliyevin qanunsuzluğu barədə Qənimətin bu ilin yanvar ayında mətbuatda şikayəti dərc edilib.Mətbuatda gedən həmin şikayət təkzib olunmayıb.Bəxtiyar Fətəliyev ifadəsində göstərib ki. Qənimət məndən hədə-qorxu ilə pul almayıb meşə ərazisində qoyunlarını otarıb.Bəs sual olunur nə üçün indiyə qədər qanuna müvafiq tədbir görməyib ?
Zərəçəkən kimi tanınan Emin İsgəndərovun Ucarda yerləşən Lütvəli Bbayevlə ortaq işlətdikləri 3 apteki var. Qənimətin şikayət ərizəsi əsasında həmin apteklərdən birinin lisenziya və kassa aparatı olmadan işlətməsi faktı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olundu və qanunu qaydada cəzalandırıldılar.Bundan nəticə çıxarmayan qondarma zərəçəkən Elvin İsgəndərov həmin apteki təkrar olaraq lisenziya olmadan açıb işlədir.İkinci dəfə isə Səhiyyə Nazirliyi onun barəsində inzibati protokol tərtib edir.Bu barədə isə Səhiyyə Nazirliyi Qənimətə cavab məktubu göndərir.Elvin İsgəndərov Səhiyyə Nazirliyində izahat verib göstərir ki, Qənimət Məmmədovu İsmət adlı aptek sahibi öyrədib məndən şikayə\t yazdırır.Ancaq Elvin həmin izahatında qeyd etməyib ki, Qənimət məndən hədə qorxu ilə pul tələb edib.Burada hansı rüsvay edici məlumatla hədə qoxu gəlib pul tələb etməkdən söhbət gedə bilər ? Onda belə çıxır ki, Qənimət Səhiyyə Nazirliyi ilə əlbir olub cinayət törədib ? Elvin İsgəndərov Ucarda 3 yerdə aptek işlədir.Bu qondarma cinayət işində qondarma zərəçəkənlərin sayını çoxaltmaq üçün hər aptekin ayrı sahibi olmasını qeyd edib onlarıda zərərçəkən şəxs kimi istintaqa cəlb ediblər.Həttda Elvin Səhiyyə Nazirliyinə verdiyi izahatında bunu etiraf edib ki, apteklərin üçüdə ona məxsusdur.
Zərəçəkən Sadiq Məmmədov Zərdab rayonunda Luksoyl adlı Yanacaq Doldurma Məntəqəsini icra başçısı ilə ortaq işlədir.Orada benzinə qatqı qatılması, benzinin çəkisindən kəsilməsi və kassa aparatından istifadə edilməməsi faktı barədə Qənimət sosial şəbəkədə paylaşma etdi.Buna görə oranın müdiri Qənimətə zəng edib ölümlə təhdid etdiyi üçün hüquq mühafizə orqanlarında bunu araşdırdılar.Həmin vaxt Luksoyl YDM-nin sahibi Sadiq Məmmədov öz izahatında göstərməyib ki, Qənimət Məmmədov məndən hədə-qorxu gələrək pul tələb edir. Ancaq 11 mayda icra başçısının sifarişi ilə belə bir ittihamla çıxış edir.
Zərəçəkən Anar Qasımovun işlətdiyi Lütvəli Babayevə məxsus maqazində isə istifadə müddəti ötmüş məhsullar satıldığı üçün Qənimət əsaslı olaraq həmin maqazindən aldığı istifadə müddəti ötmüş enerji içkisini öz fecbook qrupunda paylaşma edib, həmdə aidiyyatı mərkəzi orqanlara şikayət ərizələri göndərib.Qənimətin şikayət ərizəsi əsasında İqtisadiyyat Nazirliyi həmin maqazində yoxlama aparıb istifadə müddəti ötmüş məhsulların satılması faktını müəyyən edir.Həmin vaxt yoxlamağa gələn Vüqar Osmanov adlı vəzifəli şəxs Qənimətlə telefon əlaqəsi saxlayır deyir ki, şikayət ərizəni yerində araşdırıam maqazinə gəlin.Qənimətdə uzaqdayam 40 dəqiqəyə gələcəm cavab verir.40 dəqiqədən sonra Qənimət maqazinin qarşısına gəlib həmin Vüqar Osmanov adlı şəxsə zəng edir.O cavab verir ki, mən siz gəlincə maqazini yoxladım istifadə müddəti ötmüş enerji içkisi aşkar edildi protokol tərtib edib icra hakimiyyətinə gedirəm.Bundan sonra icra hakimiyyətində Vüqar Osmanovun cibinə pul qoyulur deyə protokolu dəyişir.Qənimət İqtisadiyyat Nazirliyinin əməkdaşı Vüqar Osmanovun maqazindən istifadə müddəti ötmüş malı aşkar etməsi faktını etiraf etməsi barədə telefon danışığını diskə köçürüb onun qanunsuz əməllərindən Prezidentə. Baş Nazirə və İqtisadiyyat Nazirinə şikayət edir. 11 may 2018-ci il tarixdə Rəşad adlı İqtisadiyyat Nazirliyinin əməkdaşı Zərdab rayonuna gəlir və yoxlama aparır.Bundan çox-çox qəzəblənən icra başçısı Lütvəli Babayev əlini stola möhkəm çırparaq əmir verir ki. nəyin bahasına olur-olsun Qənimət bu gün həbs edilmılidir. Belədə olur Qəniməti Zərdab Rayon Polis Şöbəsinə çağırıb qanunsuz olaraq həbs edirlər.Lütvəli Babayevin biznesinin satıcılarını, ortaqlarını isə zərərçəkən kimi üzünə qoyurlar.
Mənim oğlum Qənimət heç kəsdən hədə-qorxu gəlmə ilə pul tələb etməyib almayıb yalandır onu icra başçısı Lütvəli Babayevin sifarişi ilə qondarma ittihamla həbsə atıblar. Qənimətin barəsində olan cinayət işi Azərbaycan Respublikasının Konstitusiyasının, Cinayət Prosessual Məcəllənin. Beynəlxalq və digər qanunların tələblərini açıq-aşkar kobud şəkildə pozmaqla açılmışdır.Buna qol qoyan vəzifəli şəxslərin özləri cinayət məsuliyyətinə cəlb edilmılidirlər.Qənimət icra başçısı Lütvəli Babayevin girovudur.Bu isə adam oğurluğu cinayətidir.
Qənimət bəyə verilmiş ittihamı tam qanunsuz olduğunu və belə bir cinayət işinin hansı savadsızın açmasına insanlar çox-çox təəcüb edirlər.Əsasən AR CM-nin 182-ci maddəsində xüsusi əməliyyat keçirilib hədə qorxu ilə tələb edilən pul nömrələnib tələb edənə verilir və artıq cinayət törətmiş şəxs müəyyən ediləırək həbs edilir.Qənimət bəyin işində isə bunların heç biri yoxdur. Əksinə Qənimət bəy bu 7 nəfərin qanunsuzluq faktını ictimailəşdirib və hamısıda təsdiqin tapıb.Sadəcə Lütvəli Babayev kimi talançının qəzəbinə tuş gəlib deyə onun girovluğundadır.
Qənimətin 3 uşağı var.Böyüyünün 5, ortancılının 2 yaşı var, kiçiyi isə 2 aylıq körpədir.Qənimət özü 2-ci qrup əlil olmaqla ciddi xəstədir.Mənim oğlum heç bir cinayət törətməyib psixoloji xəstə olan icra başçısı Lütvəli Babayevin girovudur.Bu psixi xəstə olan icra başçısı öz çirkin əməlini sığortalamaq üçün telekanallara küllü miqdarda pul xərcləyib Qənimətin cinayətkar olması şousunu 3 gündür yayımlatdırır.Hansı ki. həmin pulu bərbad gündə olan Zərdabın abadlıq işlərinə sərf etmək olardı.Bu adam düz 11 ildir Zərdabı viran günə qoyub, zərdablılara zülm yaşadır.Onun fəaliyyətindən bütün zərdablılar narazıdırlar.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm günahsız olan 2-ci qrup əlil, xəstə və 3 körpə uşaq atası oğlum Qənimətin azad olunmasına köməklik edəsiniz.And olsun bu günki müqəddəs Ramazan ayına ki, Qənimət belə bir cinayət törətməyib.Əgər Qənimət həmin cinayəti törədibsə bu günki müqəddəs Ramazan bizim ailəyə qənim olsun, yoxsa bu qondarma cinayəti hazırlayan şəxslərə qənim olsun.Amin, Amin, Amin.
Teref.info