Bu gün:
Xezer.info » Eksklüziv » Cavid Qurbanov Kəlbəcərin təhsil şefi üçün nazirə minnətçi düşüb? - Təfərrüat

Cavid Qurbanov Kəlbəcərin təhsil şefi üçün nazirə minnətçi düşüb? - Təfərrüat


Cavid Qurbanov Kəlbəcərin təhsil şefi üçün nazirə minnətçi düşüb? - Təfərrüat
Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Elmira Şükürovanın “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanova yenidən minnətçi düşdüyü haqda iddialar dolaşır

FİA.Az media üzərindən xəbər verir ki, bir vaxtlar C.Qurbanovun əli ilə icra başçısı olmağa cəhd etmiş E.Şükürova indisə hazırkı vəzifəsində qalmaq üçün dəridən-qabıqdan çıxır.

C.Qurbanova ağız açan E.Şükürova ondan təhsil naziri Ceyhun Bayramova müraciət etməyi istədiyi söylənir.

Təhsil şöbəsi müdiri ümid edir ki, C.Qurbanov C.Bayramovla əlaqə saxlayaraq onu vəzifəsində saxlamağı xahiş edəcək.

Çünki təhsil naziri yerli şöbələrdə, xüsusən də qaçqın rayonlarında təhsil idarələrində dəyişikliklərə hazırlaşır.

İddialar var ki, E.Şükürova C.Qurbanovun hesabına nazirə çıxış tapacaq və vəzifəsində qalacaq. Çünki onun oğlunun qumarda uduzmasından tutmuş özünün əməllərinə qədər mətbuatdao lan xəbərlər nazirin nəzərinə çatdırılıb.

C.Bayramov E.Şükürova ilə işləmək istəmir. Kəlbəcər təhsilinə həvəsli və işləyən bir gənc kadr təyin olunacağı haqda xəbərlər gəlməkdədir.

Bu da E.Şükürovanı hərəkətləndirib. Ağdamın keçmiş təhsil şöbəsi rəhbəri bu rayona icra başısı getmək istəyirdi.

Hətta Kəlbəcərin deputatı Cavid Qurbanova pul verdiyi iddia edilirdi. Ancaq proseslər onun əleyhinə işlədi.

İndisə C.Bayramovu qane etməyən və yeni nazirin komandasında olacağı gözlənilməyən E.Şükürova C.Qurbanova minnətçi düşəcəyi iddia edilir.

Oğlunun adının qumarda keçməsi, təhsil şefi kimi fəaliyyətində yeyintilərə yol verməsinə görə ona yeni nazir tərəfindən etimad göstərilməsi inandırıcı deyil.

FİA.Az media üzərindən xəbər verir ki, Elmira Şükürova burada özünün “Ağdam təcrübəsini” tətbiq etməyə çalışır.

Ağdam təhsilinə rəhbərlik etdiyi uzun illər ərzində Elmira Şükürovanın adı bir sıra qalmaqallı maliyyə maxinasiyalarında hallanıb.

Ağdamda son 10 ildə təhsilin səviyyəsi çox aşağı səviyyədə olub və xanım müdirənin sayəsində təhsil tənəzzül edib. İndi də Kəlbəcər təhsili onun işğalı altında inildəyir.

Xatırladaq ki, Elmira Şükürova əslən Kəlbəcər rayonundandı. O, Azəbaycan Dəmiryolları ASC-nin sədri Cavid Qurbanovun qohumudur.

Elmira Şükürovanın atası Əvəz Şükürov isə 1993-95-ci illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı olub.

1995-ci ildə keçmiş Baş nazir Surət Hüseynov dövlət çevrilişinə cəhd göstərdiyi zaman Surət Hüseynovu dəstəklədiyi üçün mərhum prezident Heydər Əliyev tərəfindən vəzifədən alınıb.

E.Şükürovanın oğlu isə qumarda 200 min manat uduzmaqda adı hallanırdı. Buna görə vəzifəsindən çıxarıldı.

Elmira Şükürovanın Gəncə Məhkəməsində işləyən övladı Emin Bayramov «Topaz»ın əsas müştərilərindən biri hesab olunur.

Elmira Şükürova heç də imkansız biri olmayıb və onun külli miqdarda sərvətə malik olduğu da sirr deyil.

Həmin məlumatlara görə, sözügedən şəxs Ağdamda işlədiyi zaman Bərdə şəhərində bir neçə iri obyekt alıb.

Araşdırmalar zamanı o da bəlli olub ki, təhsil şöbəsinin müdiri həmçinin Ağdam-Bərdə yolunun üzərində iri heyvandarlıq kompleksinin də sahibi kimi tanınıb. Uzun müddət fəaliyyətdə olan bu kompleks sonradan satılıb.

Özü də Elmira Şükürova Kəlbəcərə təhsil şöbəsinin müdiri getdiyi ərəfədə. Görünür, ona pul lazım olub.

Bu səbəbdən də illərlə əziyyət çəkib, yaratdığı əsas gəlir mənbələrindən birini satmalı olub. Bu satışın əsas səbəbi isə olduqca maraqlıdır.

Bu reputasiya və bioqrafiyaya malik məmura nazirin etimad göstərib Kəlbəcərin təhsil müdiri saxlayacağı ağlabatan görünmür.

E.Şükürova yenidən C.Qurbanov əlaqələrindən istifadə etməyə çalışır. Amma bu cəhdləri suya düşməkdədir.

O, Ağdam Təhsil Şöbəsinə rəhbərlik etdiyi neçə illər ərzində saysız-hesabsız qanun pozuntularına imza atmışdı.
Bu ittihamlarla bağlı xanım təhsil şöbəsi müdirinin mövqeyini dərc etməyə hazırıq.
Teref.info