Paşinyan Azərbaycanla danışıqlara hazırdır
13-may-2018Ermənistanda baş nazir postuna namizəd Nikol Paşinyan bəyan edib ki, Azərbaycan hökuməti ilə Qarabağ məsələsində danışıqlara hazırdır.
Oxu.Az bununla bağlı erməni KİV-ə istinadla xəbər verir.
Xatırladaq ki, bu gün Ermənistan Milli Məclisi növbəti dəfə baş naziri seçməyə çalışacaq. Bu posta yeganə namizəd Nikol Paşinyandır.
Paşinyanın namizədliyini “Yel” (Çıxış) partiyasından əlavə, “Tsarukyan bloku” və “Daşnaqsütyun” da dəstəkləyir. Mayın 1-də keçirilmiş səsvermə zamanı Paşinyan lazım olan 53 səsdən 45-ni toplamışdı.
Əgər deputatlar baş naziri seçə bilməsələr, qanunverici orqan istefaya getməlidir.