Bu gün:
Xezer.info » Cəmiyyət » Oqtay Şirəliyevin nəzərinə: Abşeronda təcili yardımın adı var özü isə.... FOTO

Oqtay Şirəliyevin nəzərinə: Abşeronda təcili yardımın adı var özü isə.... FOTO


Oqtay Şirəliyevin nəzərinə: Abşeronda təcili yardımın adı var özü isə.... FOTO
Gundeminfo.az-ın redaksiyasına bir qrup Abşeron rayon sakinləri tərəfindən müraciət daxil olub. Müraciət edənlər, Xırdalan, Masazır, Mehdiabad kəndlərinin sakinləridir. Sakinlər bildirir ki, Abşeronda təcili yardıma zəng etmək pulludur. “Gecə saatlarında təcili yardıma mobil telefonlardan zəng edəndə deyirlər ki, şəhər nömrələrinə müraciət edin. Çünki stansiya hələlik 103 pulsuz mobil xidmətə qoşulmayıb”. Sakinlər deyir ki, bəzən vətəndaşların mobil nömrələrində balans sıfır olur. Bu zaman təcili yardıma ehtiyacı olan vətəndaşlar necə etsinlər ki, onlara kömək edən olsun.

Bundan başqa Abşeron sakinləri bildirir ki, rayon üzrə vətəndaşların sayı kifayət qədər çox olsa da sovet dövründən qalan “Qaz 31 11” markalı avtomillərdən istifadə edilir. Faktiki olaraq rayon ərazisində təcili yardım briqadası üzrə işçi qıtlığı var.

Rayon sakinləri media vasitəsilə rayonun icra başçısı İradə Gülməmmədovaya da müraciət edirlər:
Oqtay Şirəliyevin nəzərinə: Abşeronda təcili yardımın adı var özü isə.... FOTO
Cənab başçı. Sizin uzun illər səhiyyə sistemində çalışdığınızı nəzərə alaraq vətəndaşların rayon ərazisində təcili yardımla bağlı qarşılaşdıqları bu çətinliklərin ortadan qaldırılmasına dair göstərişlər verəcəyinizi düşünürük. Güman edirik ki, yaxın zamanlarda vətəndaşların qarşılaşdıqları bu çətinliklərlə bağlı olaraq konkret tədbirlər görəcəksiniz.

Sakinlər yazır ki, Abşeron Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən Rayon Təcili Yardım Stansiyasının binasında vəziyyət acınacaqlıdır. Bina uçulmuş, dağılmış haldadır. Gundeminfo.az-a müraciət edən sakinlərin sözlərinə görə, əksər hallarda burada xəstələrə tibbi yardım göstəilmir və adətən xəstələr paytaxt xəstəxanalarına yönəldilir.

Onu da qeyd edək ki, Abşeron rayonunda 500 minə sakin yaşayır və onlara 1000-ə yaxın həkim xidmət göstərir. Rayon üzrə 19 səhiyyə müəssisəsi var ki, onlardan da yalnız biri, Xırdalanda yerləşən Mərkəzi Xəstəxanadır. Qobu və Saray qəsəbələrində isə kiçik çarpayılı qəsəbə xəstəxanaları var. Digər böyük kənd və qəsəbələrdə isə çarpayı və palataları olmayan həkim məntəqələri fəaliyyət göstərir. Bu isə o deməkdir ki, rayon ərazisində vətəndaşların səhiyyə ehtiyaclarını qarşılamaq işinin yükü daha çox Təcili vəTəxirəsalınmaz Stansiyanın işçilərinin üzərinə düşür. Bununla belə binası və texnikası, işçi sayı az olan təcili yardımın özünün təcili yardıma ehtiyacı var.