Süleymani: "Ondan uzaq durun, yoxsa bədəli ağır olar"
21-iyun-2016İranın Yaxın Şərqdəki hərbi əməliyyatlarını idarə edən Qasım Süleymanı Bəhreyn hökumətini təhdid edib.
Axar.az xəbər verir ki, Süleymani şiə lider Ayətullah Şeyx İsa Qasımı vətəndaşlıqdan çıxaran Bəhreynə sərt ismarıc yollayıb.
"Manana rejimi İsa Qasımdan uzaq dursun, yoxsa bunun bədəlini ağır ödəyər. Rejimin devrilməsi, ödəyəcəyiniz bədəlin yalnız bir qismi olar",- Süleymani qeyd edib.