Cəlilabadda ölümlə nəticələnən yol qəzası olub
09-may-2018Cəlilabd rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” Aran bürosu xəbər verir ki, hadisə rayonunun Kazımabad kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, İlqar Həsənov idarət etdiyi “VAZ-2107″ markalı avtomobillə hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürcü İ.Həsonov hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.