Azərbaycanlı deputat Şuşanın işğalı günü bayram etdi
09-may-2018Rusiya Federasiyasının Ximki şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri, Şəhər Sovetinin deputatı Xanoğlan Əliyev mayın 8-də Ximkidə təşkil olunmuş bayram şənliyinə qatılıb.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, bayram şənliyində iştirak edən X.Əliyev öz sevincini tədbir iştirakçıları ilə bölüşüb.
Qeyd edək ki, X. Əliyev 1962-ci ildə Lənkəranda anadan olub. Ümumittifaq Dəmiryolu mühəndisləri İnstitutunu bitirib. İkinci dəfə iqtisadiyyat üzrə təhsili alıb. İlk dəfə 2011-ci ildə Ximki Şəhər Şurasının deputatı seçilib.
Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.