"Rusiyanın xilası Azərbaycanın əlindədir..." - AÇIQLAMA
07-may-2018"Dünən Paşinyan Qarabağla bağlı başından çox böyük qələtləri etdi"
"Ürək parçamız olan Qarabağımız Azərbaycanından VAXTINDA addımlar atılmasını həm gözləyir, həm də TƏLƏB EDİR!"
Bəlkə də tarix Azərbaycana bir daha 2018-ci ilin may ayında, bu günlər, bu saatlar ərzində yaratmış olduğu kimi Qarabağla bağlı UNİKAL və ÇOX əlverişli bir situasiyanı yaratmayacaq. İnanın ki, bütün təhlillər, bütün proqnozlar onu deməyə əsas verir ki, biz bu məqamı da əldən vermiş olsaq, vallah, daha yaxın dönəmlərdə, nə vaxtsa belə bir UNİKAL şansın olacağını sadəcə ağlıma belə gətirə bilmirəm. Rusiyanın xilası Azərbaycanın əlindədir. Bəli, bəli! Məhz Cənubi Qafqazda əlindən çıxmaqda olan Ermənistanın yenidən Moskvanın təsir və təzyiq dairəsinə qaytara biləcək yeganə REAL İMKAN Azərbaycan dövləti və onun Silahlı Qüvvələri ola bilər. Və mən bir qədər irəliyə gedərək demək istəyirəm ki, biz TARİXİ ŞANSI çox doğru və düzgün dəyərləndirməliyik.
Dünən Ermənistanın altını üstünə çevirən, yaxşı-pis həyatlarını cəhənnəmə döndərən və hələ may ayının 8-nə kimi daha hansı hoqqalardan çıxacaq qatı radikal erməni yaramazlarından biri saydığım Nikol Paşinyan və onun yaxın ətrafı həm Azərbaycana, həm də Rusiyaya belə bir TARİXİ ŞANSI verdi ki, biz məhz 2018-ci ilin may ayının, özü də 8 may tarixinə kimi, bənzərsiz və qeyrət qalamız saydığımız Şuşanın işğal olunduğu gününədək QARABAĞIN İşğaldan tam geri qaytarılması günü kimi qeyd edək. Dünən Paşinyan Qarabağla bağlı başından çox böyük qələtləri etdi. Bu adam faktiki hakimiyyətdə olmaya -olmaya dünən biz Azərbaycanlıları təhiqir etməyə çalışdı ki, guya Qarabağ məsələsinin bir həlli yolun bu alçaq tanıyır, bu da Azərbaycanın Qarabağın müstəqilliyini tanıması yoludur?!). Ay sən öləsən Paşinyan və sənin erməni qatı millətçi, separatçı tərəfdarların! Dünən o bir daha Rusiyaya, dünya birliyinə bəyan etdi ki, heç kəs ondan zərrə qədər ağıllı siyasət gözləməsin. Onun dünən tülkücəsinə "ay Rusiya bizim strateji müttəfiqimizdir, ay KTMT belə gəldi, Avroasiya İttifaqı belə getdi" kimi süni bəyanatları da müvəqqəti və hakimiyyətə gəlmək üçün səsləndirdiyi fikirlərdiridi.
Ermənistan Rusiyanın əlindən çıxır. Bəlkə də, tam əminliklə demək olar ki, yaxın saatlarda, yaxın günlərdə tam çıxacaq. Ona görə də Rusiyanın siyasi-hərbi rəhbərliyi, başda Putin-Şoyqu cütlüyünə diplomatik, ya açıq şəkildə deməyin vaxtıdır ki, Azərbaycan Qarabağla bağlı daha gözləmək fikrində deyil. Qoy nə qədər istəyirlər bivec ATƏT-in Minsk qrupunda, BMT-də və digər qurumlarda donquldasınlar. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bizim Xarici İşlər Nazirliyi son dərəcə ÇEVİK və Operativ olaraq bəzi işləri artıq görməlidir.
Ürək parçamız olan Qarabağımız Azərbaycanından VAXTINDA addımlar atılmasını həm gözləyir, həm də TƏLƏB EDİR!
Məni qınasanız da, söysəniz də, ƏSL VAXTDIR deyirəm.
Haydı, Azərbaycanım mənim! Sənin Silahlı Qüvvələrin 2018-ci ilin may ayını TARİXƏ QIZIL HƏRFLƏRLƏ yaza bilər və YAZMALIDIR!
Tanrı Azərbaycanımızı və onun Silahlı Qüvvələrini QORUSUN!"
Üzeyir Cəfərov hərbi ekspert