Müəllim adını uca tutan şəxs - Talib Zulfiyev
20-iyun-2016TƏCRÜBƏLİ MÜƏLLIM, yorulmaz ŞƏXS, QAYĞIKEŞ İNSANIN portretindən cizgilər…
Müdrik olmaq asandır və ya çətin? Bir insan eyni zamanda ikisindən də ola bilərmi?
Müdriklik - bu bir müəyyən qanun deyil, bu dünyanı və həyatı qəbul etmək qabiliyyətidi.
Müdriklik - bu heç kəsin sonradan öyrənərək özünə tətbiq edəcəyi bir nəsnə deyil, bu istedaddır. Bu o deməkdir ki, həmin şəxsə çətin dəqiqələrdə müraciət etmək olar, o, istənilən sitiuasiyada sizi daim dəstəkləyə və məsləhət verə bilir, onunla dünya daha parlaq,daha maraqlı olur, o danışanda isə problemlər və çətinliklər öz-özünə “əriyərək yoxa çıxır” sanki…
Bütün dövrlərdə belə istedadlı və müdrik insanlar olub və bütün sivilizasiyalar öz inkişafına görə məhz onlara borcludur. Bu baxımdan ölkəmizin inkişaf və tərəqqisində də əvəzolunmaz rola malik olan şəxsiyyətlər kifayət qədərdir. Onları tanımaq, gənc nəslə tanıtmaq isə hər birimizin ümdə vəzifələrindəndir. Məhz belə böyük şəxsiyyətlərin işığı yetişməkdə olan nəslin həyat yoluna istiqamət verə, onlara düzgün yönü göstərə bilər.
Belə parlaq və ziyalı şəxsiyyətlərimizdən biri isə Baki humanitar Kollecinin, MUELLIMI TALIB ZULFIYEVDIR
Talib müəllim uzun illərdir ki, respublikada çox nüfuzlu təhsil ocaqlarından birinde Sobe muduru isleyir. Qüsursuz idarəçiliyi, çox yüksək təşkilatçılıq qabiliyyəti sayəsində islediyi Kollecdə bu gün sayılıb-seçilən təhsil ocaqlarımızdandır. Gənc kadrların hazırlanmasında üzərinə düşən missiyanı layiqincə yerinə yetirən bu təhsil ocağını bitirən minlərlə şəxs hazırda ölkənin ən müxtəlif şəhər və rayonlarında çalışırlar. Bu təhsil ocağının məzunları çalışdıqları hər yerdə özlərinin yüksək savadı və intellektual səviyyələri ilə seçilməkdədir. Bu isə heç şübhəsiz ki, təhsil aldıqları Baki humanita kollecinin müəllimlerinin gərgin əməyinin bəhrəsidir. Elə bu məqamı nəzərə alaraq Talib muellimi müəllimlər müəllimi adlandırmaq daha doğru olar.
İdarəçilikdə sərt və barışmaz olan Talıb müəllim tələbələrinə qarşı olduqca qayğıkeş münasibəti ilə də fərqlənir.
Onun tələbələrinin hər bir probleminə anlayışla yanaşması, onların həlli istiqamətində əlindən gələni əsirgəməməsinə dair onlarla fakt göstərmək olar. Şəxsi imkanlarıyla nisbətən az təminatlı tələbələrə daim dəstək olan Talıb müəllim elə bu xüsusiyyətlərinə görə də tələbələri arasında çox böyük nüfuza sahibdir. İstər rəhbər, istərsə də insan kimi çox yüksək vəziyyətlərə sahib olan bu şəxsin çoxları üçün sirli qalan “uğur düsturu” elə bəlkə bundan ibarətdir? Amma səbəbin nə olmasından asılı olmayaraq fakt bundan ibarətdir ki, Talib müəllim həm pedoqoji, həm ictimai fəaliyyətində heç zaman sıradan biri olmağa əsla razı olmayıb, harda olubsa işə ürəklə yanaşıb və bu xüsusiyyət artıq onun LİDER MÜƏLLİM obrazını müəyənləşdirib.
Hesab edirik ki, müasir Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Talib müəllimin fəaliyyəti dövlət səviyyəsində də çox yüksək səviyyədə qiymətləndirilərək Azerbaycan Respublikasl Təhsil Nazirliyi Qabaqcıl təhsil işçisi fəxri adına layiq görülüb.
Biz isə “ Müəllimlər müəllimi” adlandırdığımız Talib müəllimə can sağlığı, gələcək fəaliyyətində isə yeni-yeni uğurlar arzulayırıq. Yaxşı ki, sizin kimi böyük insanlar hələ də var.
Kənan Eldaroğlu
Baş redaktor