Azər Süleymanovun kadrı agentlik sədrinin ayağını qazır - şok görüş...
07-may-2018"Bərdə rayon Baytarlıq idarəsinin rəisi Mehman İsmayılov hələ o zaman sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun əmri ilə Bərdə rayon Baytarlıq idarəsinin rəisi vəzifəsindən qovulmuşdu
Mehman İsmayılovun işdən qovulmasına səbəb dövlət vəsaitini və əmlakını talamaq olmuşdu.
Ancaq Dövlət Baytarlıq idarəsinin rəisi Azər Süleymanov vəzifəyə təyin olunandan sonra rüşvət hesabına sabiq nazir Heydər Əsədovu aldadaraq, Mehman İsmayılovu yenidən rəis təyin etdirmişdi".
Bu sözləri FİA.Az-a göndərdiyi məktubda bir qrup Bərdə sakini adından Roman Mahmudov yazıb. Vətəndaş qeyd edir ki, Mehman İsmayılov rəis təyin olunandan sonra köhnə əməllərindən əl çəkməyib:
"Belə ki, Bərdə rayonunda 300-dən artıq qəssab olsa da və hər gün həmin qəssablardan rüsum adı ilə xərac toplasa da təəssüf ki, Mehman İsmayılov dövlət büdcəsinə hər ay 100-150 AZN pul köçürür.
Təbii ki, bu qanunsuzluğa göz yuman Azər Süleymanovun da aylıq haqqı çatır. Yoxsa Mehman İsmayılovun bu qanunsuzluğuna bu qədər göz yummazdı".
Sakin deyir ki, Mehman İsmayılov Bərdədə xəbər yayıb: "Bəs sabah Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Rəşadla görüşüb, haqq-hesabın çatdıracam, məni Qida Təhlükəsizliyi Agentliyinin regional şöbəsinə rəis qoysunlar.
Doğrudan da Mehmanın sabah Rəşadla görüşü var və araşdırılsa görülər ki, Mehman sabah rayondan Rəşad müəllimin yanına heç də əli boş getmir.
Və əlavə edək ki, Mehman İsmayılov dostu, patronu Azər Süleymanovla birləşərək, son günlər saytlarda Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli haqqında əsassız yazılar yazdırıb, onları nüfuzdan saldırır. Xahiş edirik bu yazımızı aidiyyatı orqanlar araşdırıb tədbir görsün".
M.İsmayılov korrupsioner fəaliyyətinin ucbatından cəzalandırılıb, baş baytarın hesabına sistemə qaytarılıb və həm də yeni agentlikdə şöbə rəisi olmaq arzusundadır, bu azmış agentlik sədrinin ayağının altını qazır, mediada əleyhinə piar aparır.
Belə bir reputasiyaya malik məmurun vəzifəsində saxlanmasının özü təhlükədir. Yeni KTN rəhbəri İnam Kərimovun başladığı islahatlar belə deməyə əsas verir ki, onunla işləməyəcək.
Amma agentlik sədrinin onu şöbə rəisi qoyacağı, aparat rəhbərinə hesab çatdıracağı iddiaları ciddi araşdırmalara zərurət yaradır.
Ümumiyyətlə, bu hallar rüsvayçılıqdır. Prezident nazirləri dəyişir, struktur islahatları aparır ki, şəffaflıq olsun, normal kadrlar xalqa xidmət etsin.
Ancaq A.Süleymanov kimi rüşvət bulaşmış məmurlar öz adamlarını müxtəlif postlara yerləşdirirlər, korrupsiyanı xərçəng kimi yayırlar.
Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasında məqsəd bu sahədə ciddi işlər görməkdir.
Ancaq İ.Abbasovun özünün vəzifədə olmadığı bir vaxtda və nazir işləyərkən işdən qovduğu məmurun təzədən regional şöbə rəisi gətirilməsi Q.Təhməzova olan ümidləri puç edir. Gözləmək qalır ki, aparat rəhbəri ilə görüş necə nəticələnəcək.