İrəvanda yenidən etirazlar başladı- CANLI YAYIM
25-apr-2018Ermənistanın paytaxtı İrəvanda kütləvi etiraz aksiyaları yenidən başlayıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, etiraz aksiyaları Respublika meydanında müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazçılar Respublikaçı Partiyasının iqtidardan getməsini istəyirlər.
Qeyd edək ki, Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyanla görüşü nəzərdə tutulsa da məlum olmayan səbəbdən görüş alınmayıb.