Məlum olduğu kimi bu gün Azərbaycan prezidenti İlham Əliyev Qarabağ probleminin həlli naminə danışıqlar çərçivəsində növbəti dəfə Ermənistan prezidenti ilə göüşməsi üçün Rusiyanın Sankt-Peterburq şəhərinə gedib. Artıq danışıqlar başlayıb. Növbəti danışıqlar. Gedişatdan da aydın olur ki, bu danışıqlar sonuncudur. Artıq Azərbaycan bu barədə qəti fikrini nümayiş etdirib. Problemin hərb yolu ilə həllindəki israrı ilə...
Elə Sankt-Peterburqda rusiyalı həmkarı Vladimir Putinlə görüşündə də İlham Əliyev net şəkildə mövqeyimizi ifadə etdi.
Azərbaycan prezidenti görüşdə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində “status-kvo” qəbuledilməzdir. “"Mən, bu görüşün keçirilməsi təşəbbüsünü irəli sürdüyünüzə və münaqişənin həllində Rusiyanın oynadığı konstruktiv rola görə təşəkkürümü bildirirəm. Münaqişənin həlli uzanır. Rusiya və Minsk qrupunun digər həmsədr ölkələrinin qeyd etdiyi kimi “status-kvo” qəbuledilməzdir. Biz bu bəyanatı tam dəstəkləyirik. “Status-kvo”nu dəyişmək üçün Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır”. Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır. Ümid var ki, Qarabağ nizamlanmasına konstruktiv dinamika vermək mümkün olacaq”, - deyə o vurğulayıb.
Məncə bundan artıq formada Azərbaycanın mövqeyini dilə gətirmək olmaz. Ən azından diplomatik müstəvidə.
Və bu gün də aydın şəkildə görünür ki, artıq problemin həllinin diplomatik müstəvidəki gedişatı bitmək üzərədir. Daha erməni tərəfinin və araçıların hansısa manevr xarakterli klassik diplomatik qımıldanmalarına Azərbaycanın hövsələsi yoxdur.
Bunu İlham Əliyevin Sankt-Peterburq şəhərindəki qətiyyətli fikir ifadəsindən də sezmək olurdu. Artıq Azərbaycan kimlərinsə diqtəsini dinləyən yox, diqtə edən tərəfdir. Bu qüdrəti isə İlham Əliyevə Azərbaycanın malik olduğu hərbi güc verib.
2 aprel döyüşlərinin ardından İlham Əliyevin danışıqlar masasına oturmasını kimlərsə yanlış kimi dəyərləndirə bilər. Amma Azərbaycan ada-dövlət deyil və sivil bir dünyanın parçasıdır. Sona qədər siyasi səbirli olduğumuzu nümayiş etdirməliyik. Etdik də. Bu artıq SON idi.
Təbii ki, Qarabağdakı erməni separatizminin SONUNU gətirəcək bir SON!
İlham Əliyev də Sankt-Peterburq şəhərinə buna görə getmişdi. Sonuncu dəfə nağıllara qulaq assın. Amma Azərbaycanın 25 minlik əsgəri güclə paralel olaraq hərbi təlimlərə başlaması da bir işarə idi. Özü də Naxçıvanda. Özü də Sankt-Peterburq görüşü ilə eyni gündə.
Yəni İlham Əliyev onu da göstərdi ki, təkcə elə Naxçıvanda hazırki Ermənistan ordusunu yenə biləcək hərbi qüdrətə malikik.
ÖLMƏK İSTƏMİRLƏRSƏ, QARABAĞI TƏRK ETSİNLƏR...
İlham Əliyev bunu da deməmiş deyil... Deyibdir!
Bundan sonrası isə SAVAŞDIR! Qarşımızda isə kimsə olmayacaq. Canından bezib, ölmək istəyən bir-iki erməni gədəsindən başqa...
Deməli, millət olaraq SİLAHA SARILMA zamanımız çatıb. Ali Baş Komandanımız da bu fikirdədir...
Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru