Bu gün:
Xezer.info » Manşet » Vüsal Novruzov üçün “əcəl zəngi”: Səfər Mehdiyevin qisası uzun sürməyəcək

Vüsal Novruzov üçün “əcəl zəngi”: Səfər Mehdiyevin qisası uzun sürməyəcək


Vüsal Novruzov üçün “əcəl zəngi”: Səfər Mehdiyevin qisası uzun sürməyəcək
Vüsal Novruzovun karyerasına təhlükə yaranıb
Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov karyerası ilə vidalaşa bilər. Anaxeber.az-ın məlumatına görə, bu ehtimal Dövlət Gömrük Komitəsinə yeni sədr təyinatından sonra səsləndirilməyə başlanıb.
Yada salaq ki, dünən Prezident İlham Əliyevin sərəncamı ilə Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsinə təyin edilib. O, bundan əvvəl sözügedən qurumda birinci müavin vəzifəsində çalışıb.
Səfər Mehdiyevin komitə sədri təyin olunmasını Vüsal Novruzovun karyerası üçün təhlükə hesab edənlər bu iddanı adıçəkilən şəxslər arasında münasibətlərin o qədər də ürəkaçan olmadığı arqumenti ilə əsaslandırmağa çalışırlar.
Bir müddət əvvəl mediada məlumat yayılmışdı ki, Vüsal Novruzov Səfər Mehdiyevin DGK-da oyundankənar vəziyyətə salınmasında mühüm rol oynayıb. İddialara görə, quruma faktiki nəzarəti həyata keçirən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Səfər Mehdiyevi rəsmi və qeyri-rəsmi səlahiyyətlərindən məhrum edib. Buna səbəb Səfər Mehdiyevin etibardan sui-istifadə etməsi barədə faktlar olub. Həmin faktlar Kəmaləddin Heydərova təqdim edilib. Bununla da Səfər Mehdiyev etmadını itirib. Onun hətta istefa ərizəsi yazmaq məcburiyyətində olması da barədə iddialar var. Səfər Mehdiyevin səlahiyyətləri isə Vüsal Novruzova həvalə edilib. Məlumatda qeyd olunurdu ki, Səfər Mehdiyev barəsində məlum faktların toplanması və Kəmaləddin Heydərova təqdim edilməsi Vüsal Novruzovun xidməti olub. Bununla o, Kəmaləddin Heydərovun yanında etimadını daha da möhkəmləndirb.
Bu baxımdan gözləmək olar ki, Səfər Mehdiyevin ilk işi Vüsal Novruzovla hesab çəkmək olacaq. Digər tərəfdən əgər Kəmaləddin Heydərovun qəzəbinə gələn Səfər Mehdiyev DGK-ya sədr təyin edilibsə, deməli, Fövqəladə Hallar nazirinin artıq sözügedən quruma nəzarəti itirdiyini düşünmək olar. Bu halda Səfər Mehdiyevin Kəmaləddin Heydərovun kadrlarlarını, xüsusilə də Vüsal Novruzovu komitədən uzaqlaşdırılacağını düşünmək olar.