Bu gün:
Xezer.info » Eksklüziv » “150 manat təqaüd alan pensiyaçılarlın banklara olan borcları bağlansın” — deputatdan TƏKLİF

“150 manat təqaüd alan pensiyaçılarlın banklara olan borcları bağlansın” — deputatdan TƏKLİF


“150 manat təqaüd alan pensiyaçılarlın banklara olan borcları bağlansın” — deputatdan TƏKLİF
“Hər hansı bankın lisenziyası alınırsa sahibkar bundan əziyyət çəkir. Əgər bankın lisenziyası alınıbsa, onun vətəndaşa ödəməli olduğu vəsait səlahiyəti başqa bir banka verilməlidir”.
Bu sözləri millət vəkili Əli Məsimli “Müflisləşmə və iflas haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Ə.Məsimli bu problemlə bağlı konkret şikayətlərin olduğunu bildirib:
“Bu yaxınlarda Şəkidə bir sahibkar belə problemlə üzləşib. Belə ki, “Dəmirbank”ın lisenziyası alınıb və sahibkarın orada olan pulu ala bilmirdi. Əgər bankın lisenziyası alınıbsa onun bu səlahiyyəti başqa banka keçirsinlər. Bu yüzlərlə iş adamının müflis olmasının qarşısını ala bilər. İkinci məsələ isə, biz nə vaxt Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olacağıq? 2015- ci il də səhvlər buraxılmaqla həyata keçirilən devalvasiya nəticəsində xeyli insan ziyan çəkdi. Onlara nə edəcəyik?. Bu yaxınlarda prezident vətən uğrunda şəhid olan şəxslərin ailəsinə 11 min manat birdəfəlik pulun ödənilməsi barədə sərəncam imzaladı. Elə etməyək ki, həmin 11 min manat pul kredit borclarının ödənilməsinə yönəlsin. Təklif edirəm ki, 3 min dollar qədər borcu olan şəhid ailələrin, 150 manat təqaüd alan pensiyaçılarlın banklara olan borcları bağlansın”.

Deputat "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər kifayət qədər yaxşı hazırlandığını bildirib.
O, sağlamlaşma borcunun yenidən təşkil edilməsi əvəzinə ödəmə qabiliyyətinin bərpa edilməsi çox sayda izafi işləri aradan qaldıracağını söyləyib.