Bu gün:
Xezer.info » Eksklüziv » Cavid Qurbanov Ziya Məmmədovun qardaşını vəzifəsinə qaytardı

Cavid Qurbanov Ziya Məmmədovun qardaşını vəzifəsinə qaytardı


Cavid Qurbanov Ziya Məmmədovun qardaşını vəzifəsinə qaytardı
“Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşını işinə qaytarıb.
GunAz.org-a daxil olan olan məlumata görə, 2016-cı il yanvarın 13-də Cavid Qurbanovun əmri ilə tutduğu vəzifədən azad edilən İldırım Məmmədov yenidən Ucar regional dəmir yolu yanacaq təchizatı idarəsinin rəisi təyin edilib.

Cavid Qurbanovun işdən çıxardığı Ziya Məmmədovun qardaşını yenidən vəzifəyə təyin etməsi qaranlıq məqamlardan xəbər verir.

Belə ki, Cavid Qurbanovla Ziya Məmmədov arasında son illər gərginlik müşahidə olunurdu. Tərəflərin münaqişə vəziyyətində olması onların media qurumlarında açıq-aşkar sezilirdi. Hətta Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları”na sədr təyin olunandan qısa müddət sonra keçirdiyi müşavirədə əvvəlki rəhbərliyi və Ziya Məmmədovu ittiham edən açıqlamalar vermişdi.

Sosial şəbəkədə yayılan məlumata görə, Ziya Məmmədovun yaxınları Ucarda söz yayıblar ki, sabiq nazirə prezident seçkilərindən sonra yüksək vəzifə veriləcək.