Bu gün:
Xezer.info » Müsahibə » "Biri səksən manata satılan alça zəhərlidir" — Eyyub Hüseynovdan HƏYƏCAN TƏBİLİ

"Biri səksən manata satılan alça zəhərlidir" — Eyyub Hüseynovdan HƏYƏCAN TƏBİLİ


"Biri səksən manata satılan alça zəhərlidir" — Eyyub Hüseynovdan HƏYƏCAN TƏBİLİ
"Mövsümdən sui istifadə olunub baha qiymətə satılan meyvələr-xüsusən alça yetərincə təhlükəlidir. Alçanın dənəsinin səksən manata satıldığını da görmüşük. Ancaq əminliklə deyə bilərəm ki, əhali belə malları almaqdan kənar olmalıdır".
Bu fikirləri "Ölkə.Az"-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bəzi meyvələrin mövsümündən öncə satışa çıxarılmasına münasibət bildirərkən səsləndirib. Birlik sədri qeyd edib ki, hətta yay aylarında bəzi meyvə-tərəvəzlərdə mitiritlərin miqdarı normadan artıq olur:

"Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarıyla canlı efirdə olan zaman dedim ki, yayda bu qurumun işlərini monitorinq edəcəyəm. Artıq dördüncü ildir ki, qarpız, yemiş kimi mövsümü bitkiləri bizdə olan xüsusi cihazla monitorinq edirəm. Mitiritlərin miqdarı normadan 2-3 dəfə çoxdur. Düşünürəm ki, sözgedən agentlik bu problemin öhdəsindən gəlməlidir. Əlbəttə, genetik modifikasiya olunmuş bitkilərin də yetişdirilməsi və yayılması mövcuddur. Baxmayaraq ki, dövlətin qanunlarına görə bunlar qadağandır. Hətta vaxtında yetişdirilən meyvə-tərəvəzdə də belə problem var".
Qeyd edək ki, bu mövsümdə bəzi meyvələr, xüsusən alça çox baha qiymətə satılır. Bəzi supermarketlərdə bu meyvənin kiloqramı alıcılara 500-700 manata təklif edilir.