Bu gün:
Xezer.info » Eksklüziv » Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb - SƏRƏNCAM

Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb - SƏRƏNCAM


Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb - SƏRƏNCAM
Prezident İlham Əliyevin sosial müavinətlərin məbləğinin artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.