"Əvvəl Yasamal Rayon ATS-nə müraciət elədim" - GİLEY
23-fev-2018Yasamal rayonunun “Qanlı Göl” adlanan ərazisində yaşayan məcburi köçkün Nizami Şirinov “Qafqazinfo”ya telefon xəttinin kəsilməsi ilə bağlı şikayət edib.
Şikayətçinin sözlərinə görə, aidiyyatı qurumlara müraciət etsə də, problemini həll edən olmayıb:
“Evimə 10-12 ildir ki, kabel televiziyası çəkdirmişəm. Hər ayın əvvəlində telefon pulunu keçirdirəm. Altı gündür ki, telefonum işləmir. Əvvəl Yasamal Rayon ATS-nə müraciət elədim. Mənə dedilər ki, yağışa görə kabel qırılıb, yaxın zamanda düzələr.
Yasamal Rayon Telefon Qovşağından bildiriblər ki, orada sosial ev tikilir, kabel qırılıb, bir aya düzələcək.
Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurum, şikayətçi ilə əlaqə saxlanıldığını məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. “Hal-hazırda Yasamal Telefon Qovşağının əməkdaşları vətəndaşın yaşadığı ünvana gediblər. Kabelin hava şəraiti ilə bağlı qırıldığını müəyyənləşdiriblər. Problem tezliklə həll olunacaq”.