Bu gün:
Xezer.info » Hadisə » Goranboy suvarma Sistemləri İdarəsinin rəisi öz işçisini döydü –İş icraçısı xəstəxanaya yerləşdirildi

Goranboy suvarma Sistemləri İdarəsinin rəisi öz işçisini döydü –İş icraçısı xəstəxanaya yerləşdirildi


Goranboy suvarma Sistemləri İdarəsinin rəisi öz işçisini döydü –İş icraçısı xəstəxanaya yerləşdirildi
Goranboy rayonunda iş icraçısı döyülüb.

Teref.info"Report"a istinadən xəbər verir ki, nəticədə 1973-cü il təvəllüdlü Qızılhacılı kənd sakini Allahverdiyev Sadiq Yaşar oğlu boyun nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində iş icraçısı kimi fəaliyyət göstərən S.Allahverdiyev idarənin rəisi Gündüz Bağırov tərəfindən döyülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.