Bu gün:
Xezer.info » Eksklüziv » İlyas Səfərov Əhmədzadəyə niyə qəzəblənib?- İddia

İlyas Səfərov Əhmədzadəyə niyə qəzəblənib?- İddia


İlyas Səfərov Əhmədzadəyə niyə qəzəblənib?- İddia
Yuxarı Şirvan Kanalının İstismar İdarəsinin müdiri İlyas Səfərov hər yerdə öz şefinin qarasınca danışır. Çünki Əhmədzadə daha əvvəl Səfərova söz verdiyi tenderi başqasına verib.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Yuxarı Şirvan Kanalının İstismar İdarəsinin müdiri İlyas Səfərovla bağlı AzMedia.info saytına ilginc məlumat daxil olub. Həmin məlumatda vurğulanır ki, son 2 ildə 3 idarə dəyişən İlyas Səfərov bu dəfədə işlədiyi Yuxarı Şirvan Kanalının İstismar İdarəsinin müdiri vəzifəsindən narazıdır.

İlyas Səfərovun yaxın ətrafından əldə etdiyimiz məlumata görə idarə müdirinin narazılığı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədəndir. Belə ki, İlyas Səfərov idarəyə müdir təyin edildikdən sonra 2017-ci ildə ASC tərəfindən Yuxarı Yuxarı Şirvan Kanalının yenidən qurulması nəzərdə tutulub. Bunun üçündə 2017-ci ilin noyabr ayında tenderdə keçirilib. Həmin tenderdə qalib şirkətin İlyas Səfərovu qane etmədiyi və idarə müdiri buna görə Əhmədzadədən narazı olduğu deyilir.

Mənbənin məlumatına görə İlyas Səfərov öz yaxın adamlarının adına olan şirkətin kanalın yenidən quurlmasında iştirak edilməsini istəyirmiş. Bunun üçündə lazım olan sənədləri tender komisiyasına verilibmiş. Lakin həmin lahiyyəni Əhmədzadənin yaxın adamına məxsus şirkətə verilib.

Əlindən milyonluq tenderin çıxdığını görən İlyas Səfərov isə ASC sədri Əhmədzadəyə qarşı qəzəbini hər yerdə biruzə verir. İdarə müdiri yaxın ətrafına deyib ki, məni bu quruma gətiriləndə tenderin mənə veriləcəyi sözü verilmişdi. Ancaq Əhmədzadə və ətrafının gözü doymadığı üçün mənə verilən söz unuduldu.

Məsələ ilə bağlı adı keçən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Qlobal.Az