Sabunçu YAP-ın sədri seçki ilində rüşvəti qanununiləşdirib:ABORT 80 AZN -VİDEO
13-fev-2018Ötən sayımızda Sabunçu rayon, 2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında hamilə qadınlardan necə rüşvət tələb olunmasını əks etdirən videosüjet yayımlamışdıq.
Qeyd etmişdik ki, “hörmət” müqabilində həkimlər uşağın cinsiyyətini demək üçün az qala qiymət cədvəli tərtib ediblər.
Video ilə bağlı Səhiyyə Nazirliyindən hələ ki, heç bir münasibət bildirilməyib.
Azerinfo.az-ın isə bu yöndə araşdırmaları davam edir.
Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində özbaşınalıqlar baş verir. Doğum Evinin müdirəsi Mehriban Abasquliyeva sözün həqiqi mənasında bazar açıb. Belə ki, sözügedən tibb ocağında ana olmaq istəyənlər əsl soyğuna məruz qalır. Onlara palatadan tutmuş, dərmana qədər hər şey satılır. Qeyd edək ki, Abasquliyevanın təlimatı əsasəndə hətta kiçik tibb bacısı belə xəstənin yanından «ver görüm» demədən keçə bilməz. Əldə etdiyimiz məlumatlara görə, 2 saylı Doğum Evində palatalar iki yerə bölünür. Birinci yerə adi palatalar aiddir ki, onun üçün elə də pul tələb olunmur. Amma ikinci yerə daxil olan palatalar isə tam komfortludur. «Divarda televizor, küncdə soyuducu, yumuşaq döşək sərilmiş çarpayı, uşağın rahat yatması üçün beşik, kondisioner və sairə. Hərçənd bu otaqlara baxan tibb bacıları xəstələrin «dərisini soymaq»dan xüsusi həzz alırlar. Çünki 1-ci dərəcəli palatada hər hansı bir xidmət üçün 1-2 manat istəyirlərsə, digərində bu rəqəm 5 manatdan başlayır. Otağın həftəlik qiyməti isə 150 manatdır». Gənc xanımlar 2 saylı Doğum Evində üzləşdiyi mənzərədən sonra bir daha ana olmaqdan qorxmağa başlayıblar. «Təsəvvür edin ki, qapıdan içəri girən kimi, durumuna baxan yoxdur. Yalnız pul tələb edirlər. Filan şeyə pul ver, filan şey yoxdur, ona da pul ver. Bu proses cərrah bıçağı altına düşənə qədər davam edir. 2 saylı Doğum Evində bəri başdan pul verilməsə, adam xəstəxananın ortasında ölsə belə yenə onu doğuşa qəbul etmirlər».
Mehriban Abbasquliyeva həm də Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədridir. Baş həkimin qanuna sığmayan işlərindən söz açan mənbə bildirdi ki, Mehriban Abbasquliyevanın qılıncının arxası də kəsir, qabağı da: "Baş həkim YAP-ın Sabunçu rayon təşkilatının sədri olmasından necə lazımdırsa istifadə edir. Bu adamın arxasında kim dayanıb bilmirəm, amma özündən çox arxayındır”
Qeyd edək ki, bu tibb ocağında abort edən qadınlara da açıq bazar açılıb.