Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün sənədlər MSK-ya təqdim edilib
09-fev-2018Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.
Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasından özəl olaraq məlumat verilib.
Qeyd edək ki, YAP-ın 2018-ci il fevralın 8-də VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.