İcra başçısı ilə psixoloji problemi olan adamın şərikli «biznesi»-
20-iyun-2016Vaqif Abdullayev Mərkəzi Xəstəxanada qeydiyyatda olan Anar Zeynalova idarə və müəssisə rəhbərləri haqqında yazılar yazdırdığı üçün torpaq pay verib
Beyləqanın icra başçısı Vaqif Abdullayev pul qazanmağın yeni yolunu tapıb. JAM.AZ xəbər verir ki, icra başçısının yeni «metodu» idarə və müəssisə rəhbərləri haqqında şikayət və ya yazılar yazdıraraq, onları «boğmaq»la məşğul olur. Bu işdə ona yardımçı olanları isə əliboş geri qaytarmır.
JAM.AZ-a daxil olan məlumatda vurğulanır ki, Vaqif Abdullayevin «xas adam»larından biri də rayon sakini Anar Zeynalovdur. Bildirilir ki, o, mütəmadi olaraq icra başçısının sifarişlərini yerinə yetirərək, idarə və müəssisə rəhbəriləri haqqında çeşidli məlumatlar yaymaq, dərc etdirməklə məşğul olur. Bunun mükafatı olaraq isə rayonun Məmməd Əmin Rəsulzadə küçəsiylə Mikayıl Müşfiq küçələrinin kəsişməsində 25,2 kvadrat metr sahəyə sahiblənib.
Məlumatlarda qeyd edilir ki, Vaqif Abdullayev həmin torpaq sahəsinin ayrılması ilə bağlı 30 may 2013-cü ildə 86 saylı sərəncam imzalayıb. İşin tərs tərəfi odur ki, ayrılmış torpaq sahəsi bələdiyyəyə aiddir və onun verilməsini icra başçısı həyata keçirə bilməz. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsiliyə Nəzarət Dövlət Agentliyi də tikinti işlərinin aparılmasına qadağa qoyub və bunu işlərin qeyri-qanuni aparılması olub.
Lakin məsələnin bir başqa tərs tərəfi də odur ki, Anar Zeynalovun psixoloji problemləri mövcuddur. Bunu təsdiq edən sənədi isə Beyləqan Mərkəzi Xəstəxanası verib. JAM.AZ-a daxil olan sənədin surətindən də aydın görünür ki, icra başçısının güvənib, iş gördüyü şəxs psixoloji problemi olan adamdır. Qanuna əsasən isə belə şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına icazə verilməməklə yanaşı, bu məqsədlə torpaq sahəsinin ayrılması da qanunsuzdur.
Qarşı tərəfi də dinləməyə hazırıq.