"Cənnət Park"dan ev alanların nəzərinə — ALDADILIRSINIZ
08-fev-2018"Cənnət Park" yaşayış kompleksi müştərilərini aldatmaqda davam edir.
"Ölkə.Az" sözügedən "Cənnət Park"ın rəsmi internet səhifəsinə istinadən bildirir ki, sözügedən yaşayış kompleksi mənzillərin satışı, 1 kv.m sahənin qiyməti və ilkin ödənişi haqqında yalan məlumatlar verir.
Belə ki, sözügedən şirkət internet səhifəsində kredit şərtlərinə görə, ilkin ödənişin 10%-20% olduğunu bildirib. Amma kompeksin onlayn konsultasiyası ilkin ödənişin dəqiq olaraq 10 min manat olduğunu bildirir. Kompleksdə 109,1 kv.m sahəsi olan 3 otaqlı mənzilin hər kv.m-i 599 manata satılır. Bu isə 65 min 350 manat edir ki, bunun da 10%-i 6 min 535 manat edir. Yəni, tələb olunan ilkin ödənişdən 3 min 465 manat çox."Cənnət Park" Azərbaycan Respublikası reklam haqqında qanunun 4.2. maddəsini pozur. Çünki maddədə qeyd olunub ki, reklam (məlumat) əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı və çaşqınlıq hissi yaratmamalıdır.
Sözügedən şirkət Azərbaycan qanunlarının 18.0.5. maddəsini də pozub. Maddədə bildirilir ki, malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılması qəti qadağandır.