Bu gün:
Xezer.info » Kriminal » Lənkəranskinin qruplaşmasının son qalıqlarına zərbə endirilir

Lənkəranskinin qruplaşmasının son qalıqlarına zərbə endirilir


Lənkəranskinin qruplaşmasının son qalıqlarına zərbə endirilir
Rusiya Federasiyası Sverdlov vilayəti istintaq komitəsi qətlə yetirilmiş qanuni oğru “Rövşən Lənkəranski”nin qruplaşmasının 13 üzvünə qarşı ittiham irəli sürüb.

Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, əksəriyyəti azərbaycanlılardan ibarət olan dəstə üzvləri quldurluqda, hədə-qorxu yolu ilə pul tələb etməkdə, silahlı basqınlarda və digər ağır cinayətlərdə ittiham olunurlar. Uçşaq evlərinin həddi-buluğa çatmış məzunları da onların qurbanına çevrilib.

İstintaqın gəldiyi nəticəyə görə, 13 nəfərin dördü silahlı dəstənin iştirakçıları olublar.
Cinayət işi materiallarına əsasən, banda üzvləri göstərilən cinayətləri 2015-2016 -cı illər ərzində törədiblər. Söhbət iş üzrə 17 epizoddan gedir. Məsələn, mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşlarına məlum olub ki, cinayətkar qrup Nijni Tagil şəhər sakininin mənzil satmasını öyrəndikdən sonra onun yaşadığı ünvana üz tutublar, güclə avtomobildən düşürüblər, çəkiclə döyüblər, pulları tələb ediblər. İşgəncələrə dözməyən 45 yaşlı mənzil sahibi onlara 100 min rubl verib.

"Kriminal ünsürlərin daha bir qazanc yeri uşaq evlərinin keçmiş şagirdlərindən pul qoparmaları olub. Onların bəzilərinin hesabında böyük məbləğlər yığıldığını öyrənərək küçədə, hər kəsin gözü qarşısında onlara hücum çəkiblər, qorxudublar, hətta pnevmatik tapançadan atəş də açıblar ki, onlara ayrılan pul vəsaitini versinlər"- Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sverdlov vilayət üzrə mətbuat katibi Valeri Qorelıx belə deyib.
Bandanın əməlləriindən zərərçəkmişlərin sayı 14 nəfərdir. Onlardan zorakılıq yolu ilə 1,5 milyon rubl əldə ediblər.

İndi ittiham edilənlər və onların müdafiəçiləri cinayət işinin materiallarıyla tanış olmaya başladılar, hansının ki, həcmi 40-dan çox cild təşkil etdi.

Hazırda təqsirləndirilən şəxslər və onların vəkilləri 40 cildlik cinayət işi ilə tanış olmağa başlayıblar.