Bu gün:
Xezer.info » Müsahibə » Şirinovlar Rusiyada azərbaycanlıların düşməni Konteyevlə necə əlbir oldular?- ŞİKAYƏT

Şirinovlar Rusiyada azərbaycanlıların düşməni Konteyevlə necə əlbir oldular?- ŞİKAYƏT


Şirinovlar Rusiyada azərbaycanlıların düşməni Konteyevlə necə əlbir oldular?- ŞİKAYƏT
Bu yaxınlarda mətbuatda Rusiyanın Yekaterinburq şəhərinin keçmiş vitse-merinin – azərbaycanlıların qızğın düşməni Viktor Konteyevin fırıldaqları haqqında material dərc edilmişdi. O materialda sabiq vitse-merin əməlləri, onun qərəzli antiazərbaycan mövqeyi haqqında danışılırdı. Sonradan məlum olduğu kimi, bizim həmyerlilərimizin arasında Konteyevə dəstək verən çox oldu. Onlardan bir neçəsinin haqqında bizə Yekaterinburqda olduğumuz zaman danışdılar. Söhbət Fehruz Şirinov və onun oğlu Bəşirzadə Nicat adlı şəxslər haqqında gedir, hansılar ki, Konteyevlə olan əlaqələrindən istifadə edərək, bir vaxtlar azərbaycanlılara qarşı əsl “xaçlı yürüşü” təşkil etmişdilər.

“Yad ölkədə, yad şəhərdə azərbaycanlılarla birlikdə olmaq əvəzinə, Fehruz Şirinov kriminal dairəyə girdi. Kriminal quldurlarla tanış oldu, hansı ki, başçısı sabiq vitse-mer Konteyev idi. Bu cinayətkar dəstəyə Qoşa, “Qlaz” ləqəbli Yevgeni Qlazırin, Cigit, Qrek də daxil idi. Fehruz Şirinovun özü də başqaları ilə birlikdə müxtəlif fırıldaqlarda iştirak edirdi. Onun vasitəsi ilə bu dəstə öz çirkin əməllərini zorla pul almaq məqsədi ilə, bizneslərini əllərindən almaq üçün yerli azərbaycanlıların üzərinə yönəldirdi. O azərbaycanlıların ki, meyvə-tərəvəz alveriylə məşğul idilər, qəlyanaltılara, pavilyonlara sahib idilər və qürbət eldə hədsiz əmək hesabına dolanırdılar”.
Bu haqda Yekaterinburqdakı Azərbaycan diasporu üzvlərinin imzaladıqları məktubda deyilir.
“Azərbaycan diasporu indiyə qədər anlamır ki, nə üçün onların həmyerlisi Azərbaycan KİV-də qara piarla məşğul olur. Əslində, bizim Yekaterinburqdakı diasporumuz - Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən ən monolit təşkilatlardan biridir. Tez-tez birlikdə yığılırıq, bayramları, əlamətdar tarixləri qeyd edirik. Rusiyadakı iki Azərbaycan məktəbindən biri burada yerləşir. Bizim qubernatorla, yerli hüquq-mühafizə orqanları ilə, demək olar ki, mükəmməl münasibətlərimiz var. Biz həmyerlilərimizin hətta adi məişət problemlərinə laqeyd qalmırıq. Şirinov və onun komandası yalnız böhtanla məşğul olur” – deyə məktubda qeyd edilir.
Şakir Səfərov deyir: “Fehruz Bəşir oğlu cırıq şalvarda və çirkli ayaqqabılarda öz həmkəndlisi Nofəl Qurbanovun yanına gəlib. Nofəl və Səfərov qardaşları - Akif və Ayaz onu yerləşdirdilər, sığınacaq verdilər, geyindirdilər, ev verdilər, ləyaqətli həyat üçün lazım olan bütün şeylərlə təmin etdilər. O, bir neçə il Səfərov qardaşları və Nofəllə birlikdə işlədi və onların sayəsində sabit qazanc əldə etdi. Lakin Fehruz cinayətkar yola addım atdı.
O, dəfələrlə narkotiklər, saxta araq satışına və başqa qanun pozuntularına görə cinayətə cəlb edilib. Belə vəziyyətdən çıxmağa onun yalvarışlarına və xahişlərinə inanaraq, yazıqları gələrək həmişə qohumları, həmkəndliləri kömək edirdilər”.
Oqtay Məmmədov deyir ki, Azərbaycana göndərmək üçün Ural torpağında bir tikə çörəyini qazanan sadə insanlar dəfələrlə kömək üçün Yekaterinburqda yerləşən Azərbaycanın Baş Konsulluğuna, Azərbaycan diasporuna, Rusiyanın, eləcə də Azərbaycanın prokurorluğuna, polisinə və hüquq-mühafizə orqanlarına kollektiv şəkildə, 300 nəfərin imzaladıqları məktublarla müraciət ediblər: “Şikayət edirdilər ki, onları və onların ailələrini hədələyirlər, qorxudurlar, quldurlar vasitəsi ilə zorla böyük miqdarda pul tələb edirlər. Konsulluğun və diasporun müdaxiləsindən sonra Fehruz Şirinov barəsində 4 cinayət işi qaldırıldı: maddə 119 – qətllə təhdid etmək, maddə 111.3 – bıçaq yaralamaları, maddə 163 – zorla pul almaq və maddə 14.16.
Sözsüz ki, kriminal struktur böyük məbləğdə pul təklif edərək onun cinayətdən boyun qaçırmağına cəhd göstərdi. Lakin bu baş tutmadı. Fehruz Şirinova 5 il şərti iş verdilər”.
Aydın Qurbanov: “Cinayət işləri qaldırılandan sonra Fehruz Şirinov yalvarırdı, Azərbaycanın Yekaterinburqdakı baş konsulunun, diasporun ağsaqqallar şurasının üzvlərinin yanına getdi ki, kömək etsinlər ki, onu azərbaycanlılarla barışdırsınlar, onu həbs etməsinlər. Onun qohumları gəldi, onların arasında böyük qardaşı Fariz Şirinov var idi. O, kişi sözü verdi, öz atasına və anasına and içdi ki, onun qardaşı və Konteyevin başçılıq etdiyi quldurlar tərəfindən bir daha heç bir hücum olmayacaq. Ancaq prinsipial, dürüst və əxlaqlı insanlar olaraq, öz həmyerlilərini müdafiə edən konsulluğun və diasporun nümayəndələri maksimal cəza tələb edərək, bütün cinayət işlərini sonuna kimi çatdırdılar.
Fehruz Şirinov və oğlu Bəşirzadə Nicat hərəkətlərinin faydasız olduğunu görəndə həmin insanlara şər atmağa başladılar. Yarım il sonra onlar yenə öz həmkəndlilərinə hücum etdilər, onların biznesini əllərinə keçirmək istədilər, öz iyrənc fəaliyyətlərinə davam etdilər.
“Qlaz” ləqəbli Yevgeni Qlazırin və Kay Konteyev həbsxanadadırlar, onların hər biri uzun müddətli cəza alıblar, Cigit beynəlxalq axtarışdadır, Qoşa və Qrek özlərinin cirkli və dəhşətli fəaliyyətinə davam edirlər. F.Şirinov isə elə indi də arxayındır ki, bu quldurlar onun arxasında dayanıblar və azadlığa çıxdıqdan sonra onlar qisas alacaqlar”.
Nurlan Allahverdiyev:“İnsanlıq anlayışlarını unudan adamı əjdahaya çevirən kağızlar gözlərini bağlayıb. O, elə bir vəziyyətdədir ki, başqalarının, məhz öz həmyerlilərinin əzablarından həzz alır. O, Yekaterinburqda 20 ildən çox yaşayaraq, bir dəfə də olsun heç bir bayram, matəm tədbirlərinə, diaspor və konsulluq tərəfindən təşkil edilmiş və öz Vətənindən uzaqda yaşayan azərbaycanlıları birləşdirməyə səsləyən heç bir tədbirə qatılmayıb”.
Məktubu imzaladılar:
Əliyev Rövşən, Əliyev Ruslan, Mirzəyev Adil, Orucov Namiq, Səfərov Akif, Səfərov Şakir, Nəcəfov Emil, Qurbanov Aydın, Mənəfli İdris, Vəliyev Tofiq, Həsənzadə Rəvan, Qurbanov Nofəl, Həsənov Toğrul, Əhmədov Arzu, Məmmədov Əli, Eyubov Vasif, Məmmədov Ruslan, Abdullayev İmran, Rəsulov Telman, Əhmədov Ceyhun, Məmmədov Oqtay, Bağırov Nicat, Civişov Eyvaz, İbrahimov Xəyal, Səfərov Marif, Səfərov Ayaz, Seyidov Rəsul, Allahverdiyev Nurlan, Vəliyev Samir, Əliyev Habil, Hacıyev Vaqif və bir çox başqaları.
Qeyd edək ki, F.Şirinov versti.az-a məsələ bilə bağlı danışarkın təsdiq edib ki, Konteyevlə onun arasında yaxşı münasibətlər olub. Onun sözlərinə görə, Konteyev azərbaycanlıların dostudur: “O ki, qaldı diasporun saxta nümayəndələrinin dediklərinə - sırtıq böhtandır. Onlar bizimlə yerli hakimiyyət orqanları arasında olan münasibətləri korlamaq istəyirlər”.
afn.az