ÖLKƏLƏRİ SİLKƏLƏYƏN BÖYÜK QALMAQAL: Öcalanın məktubları ifşa olundu
02-fev-2018Türkiyənin Afrin hərəkatının gündəmdə olduğu bir zamanda yeni qalmaqal ortaya çıxıb. Məlum olub ki, saxlandığı İmralı həbsxanasından ABŞ-a məktub yazan terrorçubaşı Abdullah Öcalan Afrinlə bağlı məsləhətlər verib.
Cebhe.info xəbər verir ki, Öcalan məktubunda "Cerablus və Əziz xətti birləşdirlməli, Türkiyə Silahlı Qüvvələrinin Afrinə girməsi əngəllənməlidir",- deyə yazıb.
Öcalan məktubunda həmçinin "ABŞ istəsə, bizə 6 ayda ordu yaradar",- deyə vurğulayıb.
Türkiyəli mənbələr bildirir ki, ABŞ Afrin məsələsində PKK lideri ilə daim əlaqədə olub və bu əlaqə 20014-2016-cı illərdə Çətin Aktaş, Nəsrullah Quran və Mikayıl Barıt adlı PKK-çılar vasitəsilə Pentaqon təmsilçiləri ilə yaradılıb. ABŞ-a “müşavirlik xidməti” göstərən Öcalanın göndərdiyi hesabatlarda Afrinlə bağlı narahatlığı diqqətdən qaçmayıb.