Bu gün:
Xezer.info » Bu gün » Bulvar İdarəsinin əməkhaqqı ödənişində nöqsanlar aşkarlanıb

Bulvar İdarəsinin əməkhaqqı ödənişində nöqsanlar aşkarlanıb


Bulvar İdarəsinin əməkhaqqı ödənişində nöqsanlar aşkarlanıb
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2016-2017-ci ilin I yarımilliyində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı həyata keçirilən auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, Palatadan verilən məlumata görə, audit tədbiri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi və strukturuna daxil olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumlar olan Dövlət Bayrağı Muzeyi və Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi, eləcə də, təsərrüfathesablı təşkilatlar olan “Sahil Xidməti” MMC və “Dənizkənarı Milli Park” MMC-ni əhatə edib. Auditlə ümumilikdə 66454,5 min manat məbləğində vəsait əhatə olunub.

Müsabiqədənkənar işə götürülən işçilərə dövlət qulluğuna qəbul olunan, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlar verilib, eyni zamanda, dövlət qulluqçularının kollektiv mükafatlandırılması zamanı staj müddəti başa çatmamış qulluqçuya (stajçıya) mükafat artıq ödənilib, işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənişi zamanı, həmçinin məzuniyyət vaxtı üçün orta əməkhaqqının düzgün hesablanmaması səbəbindən artıq vəsait ödənilib.

Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi tərəfindən ştat cədvəlləri tərtib edilərkən qüvvədə olan normativ-hüquqi aktların tələblərinə riayət olunmayaraq, vəzifə maaşları yüksək müəyyənləşdirilib. Bizimyol.info