Bu gün:
Xezer.info » Hadisə » "Ərini zibil atmağa göndərib özünü asdı" - Azərbaycandakı intiharın dəhşətli təfərrüatlı

"Ərini zibil atmağa göndərib özünü asdı" - Azərbaycandakı intiharın dəhşətli təfərrüatlı


"Ərini zibil atmağa göndərib özünü asdı" - Azərbaycandakı intiharın dəhşətli təfərrüatlı
"Şəmkir rayonunun Dəllər-Cəyir kəndində 1972-ci il təvəllüdlü Mehriban Aydınpaşa qızı Nəsibovanın intiharı ilə bağlı bəzi detallar üzə çıxıb".

Kənd sakinlərinin Sonxeber.az-a verdiyi məlumata görə, Mehriban Nəsibova əslən Şəki sakini olub. O , həyatyoldaşı Nəsibov Cavanşirlə ailə qurandan sonra Şəmkir rayonunun Dəllər-Cəyir kəndində yaşayıb. Verilən məlumata görə, M.Nəsibovanın psixoloji problemləri olub. O daha əvvəl atasıgildə qonaq olarkən iki dəfə dərman içərək intihara cəhd edib, bir dəfə isə özünü asmaq istəyib. Lakin yaxınları onu xilas edə biliblər. Yoldaşı N. Cavanşir iki il Rusiyada işləyirdi, hazırda isə Şəmkirdə usta fəaliyyəti ilə məşğuldu.

Kənd sakinlərinin sözlərinə görə, hadisə baş verən gün M.Nəsibova həyat yoldaşı ilə birgə evlərini və həyəti təmizləyiblər, bayrama hazırılıq görürlərmiş. Yoldaşı ərini zibilləri atmağa göndərib. Cavanşir Nəsibova qayıdanda görüb ki, arvadı evdə özünü asıb. Kömək etmək istəsə də onun həyatını xilas etmək mümkün olmayıb. Onların iki qızı bir oğlu var. Qızları ailəlidir, oğlu isə əsgərlikdən təzə qayıdıb.
"Ailə üzvləri üçün problem yaratmaması üçün Mehriban Nəsibovanın psixoloji problemləri olmasına dair xəstəlik kağızı alıblar. İndiyə qədər yaxınlarına zərər verməyib. Ətraf üçün təhlükəli insan olmasa da, öz həyatı üçün problem yaradırdı.
Qonşularının verdiyi məlumata görə, ailədaxili münaqişələri olmayıb. Qayınatası rəhmətə gedib, qayınanası isə sakit təbiətli, heç kimə narahatlıq vermə yən insandır. Yəni, problemli ailə deyillər. Yoldaşı və xanımının ali təhsili olmayıb.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Mehriban Aydınpaşa qızı Nəsibova yaşadığı evdə özünü asıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.