Bu gün:
Xezer.info » Kriminal » “Gizli yolla ölkədən çıxmaq istəyir...” — Qatardan qaçan “Qoca” haradadır?

“Gizli yolla ölkədən çıxmaq istəyir...” — Qatardan qaçan “Qoca” haradadır?


“Gizli yolla ölkədən çıxmaq istəyir...” — Qatardan qaçan “Qoca” haradadır?tutularaq istintaqa təhvil verilib. Digər məhkum, “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov isə hələ də tapılmayıb. Onun axtarışları davam etdirilir.
Dörd gündür ki, ölkə gündəmini zəbt edən həbsxana qaçışları ilə bağlı müxtəlif versiyalar irəli sürülüb. Bir çoxları kriminal dairələrdə nüfuz sahibi olan “Qoca”nın ölkədən gizli yolla çıxarıldığını iddia edir.

Sabiq polis rəisi, ekspert Mahmud Hacıyev AzVision.az-a bildirib ki, həbsxanadan qaçan şəxslərin əsas məqsədi gizli yolla ölkədən çıxmaq olur.

“Qaçan şəxs düşünür ki, ölkə daxilində onu tutmaq mümkündür. Amma xarici ölkədə ələ keçmək o qədər də asan deyil. Ötən gün keçirilən əməliyyat zamanı qaçan məhbuslardan biri Şirvanda tutuldu. Xaricdə isə onların tutulması, sonra isə ekstradisiya olunması çətin və vaxt aparan işdir. Onlar xaricə getdikdə İnterpolun axtarışına verilir. Bunun üçün müəyyən sənədlər hazırlanır və prosedur bir qədər çətin olur. O baxımdan həbsdən qaçanların ölkə daxilində tutulması daha rahatdır. Həmin şəxsin isə ölkə daxilində olub-olmaması məlum deyil. Axtarışlar davam etdirilir. Hesab edirəm ki, o, Azərbaycanda gizlənirsə, qısa zamanda həbs olunacaq” - ekspert deyib.

Hazırda məhkum Etibar Məmmədovun ölkə daxilində, yaxud xaricdə olması haqda məlumat yoxdur. Dörd gündür hüquq-müfazirə orqanlarının əməkdaşları onun axtarışlarını həyata keçirirlər. Anadan olduğu Hacıqabul və Şirvan şəhəri xüsusi nəzarət altındadır.

Xatırladaq k, oktyabrın 23-də Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Hər iki məhkum qəsdən adam öldürmədə təqsirli bilinir. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman naməlum şəraitdə yoxa çıxıblar.