Ərdoğanı təhqir edən Dəmirdaş üçün yolun sonu gəldi
26-okt-2017Türkiyənin müxalif kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan həmsədri Səlahəddin Dəmirdaş davam edən növbəti məhkəmə prosesində hakim qarşısına çıxarılacaq.
Axar.az xəbər verir ki, baş tutması gözlənilən 3-cü məhkəmə prosesi zamanı Dəmirdaşın vəkilləri kürd liderin günahsız olduğunu bildiriblər və bu səbəbdən onun azadlığa çıxmağı üçün vəsatət qaldırıblar.
Lakin hakim vəsatəti ləğv edib və Dəmirdaşın məhkəməyə gətirilməsini tələb edərək prosesi təxirə salıb.
Qeyd edək ki, 2015-ci ilin dekabr ayında Rusiyadan qayıdan Dəmirdaş hava limanında jurnalistlərə açıqlamasında Ərdoğanın ünvanına təhqiramiz ifadələr işlətmişdi.
Barəsində həbs qəti-imkan tədbiri seçilən HDP həmsədrinin 4 ilə qədər azadlıqdan məhrum edilməsi istənilir.