Bu gün:
Xezer.info » Dünya » Məsud Bərzani istefa verdi

Məsud Bərzani istefa verdi


Məsud Bərzani istefa verdi
Eastnews.org-un verdiyi xəbərə görə, İraq Kürd Regional Birliyinin rəhbəri Məsud Bərzani istefa verib. Bu barədə Fars xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, dünən Kürdüstan Demokratik Partiyasının rəhbərlərindən sayılan Əşvaq Əl-Cədd bildirmişdi ki, Bərzani bir neçə saata istefa verecek, rəhbər postunu isə oktyabr ayının sonu tərk edəcək. Məsud Bərzani ailə üzvlərindən heç kimin bu posta namizəd olmayacağını bildirib. Xatırladaq ki, 2005-ci ildən Bərzaninin rəhbərlik etdiyi İraq Kürd Regional Birliyində qanunvericiliyə görə 2 dövrədən artıq rəhbər seçilmək olmaz. Amma o, İraqda baş verən qarışıqlıqdan istifadə edərək bu posta qalmışdı. Onun vəzifə müddəti 2015-ci ildə bitmişdi.