Siqaret və spirtli içkilərin bahalaşacağı xəbərinə Gömrükdən AÇIQLAMA
25-okt-2017Azərbaycanda tütün məmulatları və spirtli içkilərin idxalına tətbiq olunan aksiz vergisinin artırılması yüksək bahalaşmaya gətirib çıxarmayacaq.
Bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, aksiz dərəcəsi qaldırılarkən vəziyyət ətraflı təhlil olunur: "Tütün və spirtli içkilər ilkin ehtiyac məhsulları deyil, həm də faiz artımı çox kəskin olmayacaq”.
Qeyd edək ki, aksiz vergisinin artırılması 2018-ci il üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsi çərçivəsində nəzərdə tutulur.
///
Trend