Yevlaxdan Samir Şərifova çağırış - İTTİHAM
25-okt-2017Yevlax Maliyyə İdarəsinin rəisi Rza Əliyev barəsində dosye Maliyyə Nazirliyinə təqdim olunub
Mənbə qeyd edir ki, büdcə təşkilatları anonim məktubla nazir Samir Şərifova müraciət edib.
Nazirliyə çağırış
Büdcə təşkilatları, müxtəlif yerli idarə və müəssisələr R.Əliyevin fəaliyyətini S.Şərifovun nəzərinə çatdırıblar.
15 ildən artıqdır ki, Yevlax Maliyyə İdarəsinə rəis təyin olunmuş R.Əliyevin işinin təftiş olunması və nazirlikdən komissiya göndərilməsi istənilib.
İddiada qeyd olunur ki, R.Əliyev Maliyyə Nazirliyindəki hamiləri hesabına sistemdən kənarlaşdırılmayıb. Bərdəni Yevlaxla əvəzləyən idarə rəisi büdcə pullarının xımır-xımır yeyilməsi üzrə peşəkar maliyyəçidir.
R.Əliyev Bərdədə maliyyə idarəsi olduğu dövrdə bütün idarə və müəsissə rəhbərləri onun icazəsi olmadan işə adam qəbul edə bilmirdi.
Bildirilir ki, Rza Əliyevin icazəsi olmadan və ondan gizlin hansısa bir idarəyə işçi götürlərsə həmin müəsissə rəhbərinin günü qara olurmuş.
Məsələn, abadlıq-quruculuq və yol tikintisi üçün Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən Bərdəyə 30 milyon manata yaxın pul vəsaiti ayrılmışdı.
Həmin vəsaitlərin bir qismi (yəni 9,8 milyonu, əgər o da xərclənibsə) Alpoud-Mustafaağalı-Nazırlı və Kolayır-Otuzikilər yolunun tikintisinə sərf olunub.
Qalan vəsaitin hara sərf olunması məlum deyil. Maliyyə İdarəsinin rəisi bu qanunsuz əməldə pay sahibidir. R.Əliyev həm də məktəb, bağça direktorlarının, idarələrin hər birində maliyyə maxinasiyaları etməkdədir.
Başçı arzusu ürəyində qalıb
Danışan mənbə qeyd edir ki, S.Şərifovun yoxlama göndərməsi ilə R.Əliyev ifşa oluna bilər. Maliyyə rəisi ölkədə postneft dövründə dövlətə maliyyə ziyanı vurmaqla məşğuldur.
Bir müddət əvvəl Kürdəmirin icra başçısı olmaq həvəsinə düşən Yevlax rayon Maliyyə İdarəsinin rəisi Rza Əliyevin arzusu da ürəyində qalıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə müraciət edən R.Əliyevin karyera yüksəlişi baş tutmayıb.
Buna baxmayaraq işini davam etdirən Maliyyə İdarəsinin rəisi Bərdəni çapıb talamaq hesabına bu rayonda villa, Bakıda evlər və obyektlərə sahib olub. Yevlaxda "vəzifəsini” yüksək səviyyədə davam etdirsə, mal-mülkün sayını artıra bilər.
Onun varidatının günbəgün genişlənməsi heç də idarə rəisi kimi aldığı əmək haqqı ilə reallaşmayıb.
Bərdədə maliyyə yeyintilərini gizli şəkildə həyata keçirmək R.Əliyevi varlandırıb. O, Bərdədə bütün dövlət layihələrinin icrasında maliyyə maxinasiyalarını ustalıqla həyata keçirib.
Elə bunun nəticəsidir ki, R.Əliyevin nəvəsi Şahin Şahlarzadə Bərdədə "meydan sulayır”.
İddialara görə, Şahinin ətrafındakı bəzi dostları arasında zərərli aludəçi olanlar var. Həmin gənclər R.Əliyevin nəvəsi ilə birlikdə kef-damaqda, müxtəlif yerlərdə istirahətdədirlər. Onlar Şahinin babasının hesabına Gürcüstanda, Türkiyədə, Qəbələ – İsmayıllıda gün keçirirlər.
www.xalqxeber.az