Bu gün:
Xezer.info » Cəmiyyət » Azərbaycanlılarda məmur işinə fərqli yanaşma - Rüşvət, imtiyazlar, katibə sevgisi.

Azərbaycanlılarda məmur işinə fərqli yanaşma - Rüşvət, imtiyazlar, katibə sevgisi.


Azərbaycanlılarda məmur işinə fərqli yanaşma - Rüşvət, imtiyazlar, katibə sevgisi.
Dövlət qulluqçusu adından da göründüyü kimi dövlətə, xalqa sözün həqiqi minasında xidmət etməli, qulluğunda durmalıdır. Bu baxımdan inkişaf etmiş Avropa ölkələrində, Amerikada dövlət qulluqçusu, hökumət işçisi olmaq – məmur görəvi daşımaq ən məsuliyyətli iş sayılır.

Amma nədənsə Azərbaycanda dövlət qulluğu, hökumət işi ilə bağlı tamam başqa cür yanaşma, fərqli fikir mövcuddur. Yəni dövlət qulluğunun istənilən sahəsində işləmək istəyən gənc bura əlavə maddi imtiyazlar, qeyri-qanuni gəlirlər, rüşvət və korrupsiya düşüncələri ilə gəlir. Bəzilrəində belə düşüncə hakim kəsilib ki, məmur olandan bir müddət sonra əlavə pul öz-özünə cibinə axacaq, sürücüsü olacaq, qulluğunda katibə dayancaq və s.

Azərbaycanda dövlət qulluğuna bu cür yanaşma haradan qaynaqlanır ?

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov Modern.az saytına açıqlamasında bildirib ki, dövlət qulluğunda rüşvətə meylli insanlar daha çox ya pul verib, ya da tapşırıqla gəlib bu sahədə çalışanlar olur:

“Kimlərinsə tapşırığı, yaxud pul verib dövlət qulluğuna qəbul olunanlar təbii ki, daha çox rüşvətə və korrupsiyaya meylli olurlar. Tapşırıqla dövlət işinə girənlər heç bir məsuliyyət hiss etmir və işini itirmək təhlükəsi yaşamırlar.
Pulla qəbul olunanlar isə isə ancaq və ancaq verdiyi pulu çıxartmaq və daha çox pul qazanmaq arzusu ilə işləyirlər”.

Psixoloq bildirib ki, Azərbaycanda bir çoxları dövlət qulluğunda əlavə imtiyazların və qeyri-qanuni gəlirlərin olduğunu düşünərək bu sahəyə gəlməyə can atırlar:

“D

övlət qulluqçusu vətəndaşlara xidmət etmək üçündür. Doğrudur, dövlət qulluqçularının, hökumət işçilərinin müəyyən imtiyazları, güzəştləri var. Mənzil ala və digər formada özünü və ailəsini maddi baxımdan təmin edə və yaşada bilir.
Artıq getdikcə dövlət və hökumət işindəki qeyri-qanuni gəlirlər, qanunsuz imtiyazlar azalmaqdadır. Buna görə də dövlət və özəl sektorda arasında fərqlər də zəifləyir.
Bəzi insanlarda hələ də belə bir düşüncə var ki, “dövlət işində maaş az olsa belə, yenə də orada işləyim”. Bir çox insanlarda dövlət işinə bu cür yanaşma təbii ki, gələcək təqaüdlərlə bağlıdır”.

Elnur Rüstəmov deyir ki, zaman keçdikcə, insanlarda dövlət qulluğuna, hökumət işinə psixoloji baxış da dəyişəcək:

“Ümumiyyətlə, bu məsələ yalnız Azərbaycanla bağlı deyil. Dünyanın əksər ölkələrində belə bir psixoloji yanaşma var.
Sadəcə olaraq, dövlət inkişaf etdikcə, fərdlər oturuşduqca, bu cür hallar arxada qalacaq. 10 il bundan əvvəl dövlət qulluğundakı, hökumət işindəki psixoloji situasiya indiki kimi deyildi.
Ən azından ASAN Xidmət-in yaradılması insanları rüşvət verməməyə, məmurlarla birbaşa ünsiyyətdən çəkinməyə vadar etdi.
Son illər dövlət idarəçiliyində həyata keçirilən islahatlar və ASAN Xidmətin yaradılmasından sonra əvvəlki kimi məmurluqda qanunsuz gəlir, rüşvət əldə edə biləməyənlər könüllü şəkildə ərizələrini yazaraq, işdən çıxırlar.
Yəni artıq adi arayış, sənəd verən dövlət qulluqçusu əgər əvvəllər buna görə süründürməçilik edərək vətəndaşlardan pul alırdısa, indi bunu edə bilmir”.