Samir Şərifov bilirmi burada nə baş verir? - Neftçalada maliyyə yeyintisi
18-iyun-2016Azerinews.tv-yə Nefçala rayon Maliyyə idarəsinin rəisi və oğlu barədə ilginc məlumatlar daxil olub. Məlumatda bildirilir ki, R.Manafov rayondakı bütün idarələrdə, xüsusən də təhsil müəssisələrində “yeni iş yerləri” açır, “ştat alveri” ilə məşğuldur. Bu işdə isə ona ən çox yardım edən təhsil şöbəsinin müdiri Əjdər Kərimovdur. Hazırda hər iki qurumda ciddi rüşvət və korrupsiya faktları mövcuddur”.
Bildirək ki, bir müddət öncə mediada Neftçala rayon Maliyyə İdarəsində 7 milyon manatlıq maliyyə yeyintinin qeydə alınması ilə bağlı xəbərlərdə internet mediada yer almışdı. Yayılan xəbələrdə əsasən maliyyə rəisi rayona ayrılmış pulların böyük bir qisminin mənimsənildiyi iddia edilirdi. Həmçinin iddia edilirdi ki, Neftçala rayonunda həyata keçirilən işlərlə bağlı dövlət büdcəsindən ayrılmış pulların bir qismi icra başçısının göstərişi ilə idarə rəhbəri Rəşid Manafov mənimsəyib. O bu pullarla da oğluna İstanbulda milyonluq malikanə almışdır. Həmin malikanə ilə bağlı da fotofaktlarla geniş məlumat verməyə çalışacağıq. Bizi izləyin