Keçmiş polis rəisinə qarşı silahlı hücum - Mədətov son anda ölümdən qurtuldu...
15-okt-2017İndicə Moderator.az-a daxil olan məlumata görə keçmiş polis rəisi Müşfiq Mədətova qarşı ağır cinayət törədilib.
Axşam saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisindəki çayxanalardan birnidə çay içərkən gözlənilmədən 5 nəfər yaxınlaşaraq bir neçə yerindən keçmiş polis rəisinə xəsarətlər yetiriblər. Amma pəhləvan cüssəli Mədətov təkbaşına həmin bıçaqlı cinayətkarlara qarşı müqavimət göstərərk ölümün pəncəsindən xilas ola bilib.
Buna baxmayaraq bədəninin bir neçə yerindən, xüsusən də üz və qulaq nayihələrindən bıçaq zərbəsi alan Mədətovun sağlıq durumunun təhlükədə olduğu bildirilir. Əlavə məlumat verməyə çalışacağıq.
Xatırladaq ki, M. Mədətov mərhum dövlət başçısı Heydər Əliyevin prezidentliyinin ilk dönəmlərində onun mühafizəçisi olmuş, ardından Nizami rayonu 23-cü polis bölməsinin rəisi olub, daha sonra 15 il azadlıqdan məhrum edilib. Bir neçə il öncə isə həbsdən azad edilmişdi.