Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşları "DQR" xəritələrini qopartdılar - İŞƏ POLİS QARIŞDI
13-okt-2017Alman şəhəri Frankfurtda hər il keçirilən və bütün dünyada məşhur olan Frankfurter Buchmesse kitab yarmarkasında gərginlik yaşanıb.
Virtualaz.org-un məlumatına görə, buna səbəb ermənilərin həmin bədnam "böyük Ermənistan" iddiası və “DQR”i reklam etmək cəhdi olub.
Frankfurter Buchmesse - bu, yeniliklərlə tanış olmaq, kitab nəşri bazarının tendensiyalarını öyrənmək üçün ən münasib yerdir. Bu, internet-məlumat kitabçalarının bildirdiyi kimi, bir növ peşəkarların qurultayıdır. Bura başqa qitələrdəki kitab yayanlarla əlaqələri qaydaya salmağa, məşhur mətnin nəşrinə hüquqlar əldə etməyə, mətbəə innovasiyaları ilə tanış olmağa gəlirlər. Təbii, ədəbiyyatın sadə həvəskarları da başlarını qatmaq üçün yarmarkada nəsə tapırlar.
Frankfurter Buchmesse sərgisində naşirlər, agentlər, satıcılar, yazıçılar, tərcüməçilər, illüstratorlar, kitabxanaların, institutların və başqa təşkilatların nümayəndəsi olan mütəxəssislərlə qarşılamaq olar. Hələ... separatçılarla da.
Virtualaz.org-a məlum olub ki, sərgidə "DQR" stendləri də yerləşdirilib. Amma bu çox çəkməyib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının səyləri sayəsində həmin stendlər qopardılıb, hətta işə alman polisi də qarışıb...