Bu gün:
Xezer.info » Bu gün » Ərdoğanın Azərbaycana gələcəyi tarix açıqlandı

Ərdoğanın Azərbaycana gələcəyi tarix açıqlandı


Ərdoğanın Azərbaycana gələcəyi tarix açıqlandı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gələcəyi tarix bəlli olub.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, qardaş ölkə lideri oktyabr 30-da ölkəmizə təşrif buyuracaq.

Məlumatı Türkiyənin ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Erkan Özorol da təsdiqləyib.

Səfər zamanı iki qardaş ölkə arasında strateji məsələlərin müzakirə olunacağı, bir sıra müqavilələrin imzalanacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl də Ərdoğanın Azərbaycana səfəri nəzərdə tutulsa da, bu, bəzi səbəblərdən təxirə salınıb.