Bu gün:
Xezer.info » Media » Mais Məmmədov ANS-in ətrafında yaradılan ajiotaja münasibət bildirdi

Mais Məmmədov ANS-in ətrafında yaradılan ajiotaja münasibət bildirdi


Mais Məmmədov ANS-in ətrafında yaradılan ajiotaja münasibət bildirdi
on günlər ANS TV-nin bir sıra tanınmış simalarının telekanalı tərk etməsi ilə bağlı yerli saytların ANS ərtafında ajiotaj yaratması ilə bağlı şirkətin baş Smüşaviri Mais Məmmədov ANS PRESS-ə açıqlama verib.

"Bildiyiniz kimi 2016-ci ilin əvvəlindən Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS-ə olan saysız-hesabsız təzyiqlər nəticəsində kanalımız tamamilə şou tipli verilişlərdən imtina etdi (baxmayaraq ki, digər kanallarda həmin verilişlər olduğu kimi qalıb). Bu təzyiqlərin səbəbi bizə aydın idi. Sadəcə olaraq, ən yüksək reytinqə malik olan ANS kanalı kiməsə manə olurdu və buna görə müəyyən təzyiqlərlə məqsəd kanalın reytinqini və ümumiyyətlə nüfuzunu aşağı salmaq idi. Lakin respublikadaki sağlam qüvvələr başda Prezident İlham Əliyev olmaqla buna imkan vermədilər, ANS isə tam xəbər kanalı formatına keçdi və MTRŞ-ın maraq dairəsi olan şou biznes sahəsindən uzaqlaşdı.

Mais Məmmədovun sözlərinə görə, xəbər kanalı olmaq asan iş deyil və ANS həmişə olduğu kimi bu məsələyə də yüksək peşəkarlıqla yanaşır. "CNN və BBC kimi xarici partnyorlarımız, üzv olduğumuz ENEX - Avropa Xəbərlər Mübadiləsi Beynalxalq Şəbəkəsi, ANS Akademiyasının mütəxəssisləri və ANS TV rəhbərliyi ilə sıx iş birliyi nəticəsində yeni format hazırlandı və tədricən həyata keçirilməyə başladı. Mövcud plana görə ANS TV-yə Türkiyənin tanınmış ODTU və Ankara Universitetlərinin məzunu Elşən Vəlizadə İnsan Resursları Departamentinin Rəisi və Türkiyənin ən iri şirkətlərindən sayılan Palmali Qrupuna daxil olan Pal Medianın direktoru Fidan Bayraməliyeva ANS TV-nin Baş Redaktoru vəzifəsinə işə dəvət olundular", - deyə Mayis Məmmədov bildirdi.

"Təssüf ki, bizim bu vaxta qədər güclü hesab etdiyimiz bir sıra əməkdaşlarımız bu sistemə uyğunlaşa bilmədilər və biz onlarla vidalaşmalı olduq."
Baş müşavir deyir ki, yeni formatla bağlı bir sıra tədqiqatlar aparılıb, xəbər istehsalının intuitiv strukturunun araşdırması zamanı bir sıra biznes proseslərdə səhvlər tapılıb və bəzi müxbir və xətt idarəedənlərin aktiv fəaliyyətində dəyişikliklər tətbiq olunub. "Ciddi iş aparıldı - yeni struktur və biznes proseslərin gedişatı cədvəli yaradıldı. Sözsüz ki, belə şəffaf strukturda zəif bəndlər aşkarlandı. Təssüf ki, bizim bu vaxta qədər güclü hesab etdiyimiz bir sıra əməkdaşlarımız bu sistemə uyğunlaşa bilmədilər və biz onlarla vidalaşmalı olduq."

Mais Məmmədov həmçinin qeyd etdi ki, bu son deyil və hələ bir neçə zəif əməkdaşla da müqavilələr davam etdirilməyəcək. Lakin Məmmədovun sözlərinə görə, yaxşı xəbərlərdə var. Belə ki, ANS Akademiyası bir aydan sonra yeni məzunları ilə kanalı cavanlaşdıracaq və onların təlim və təhsil metodikası artıq yeni xəbər istehsalı sisteminə uyğun aparılır.

Bu gün ANS-in tamaşaçısı çox müasirdir - Dow Jones, NASDAQ indeksləri, digər beynəlxalq prioritetlərə maraqlanırlar və telekanal onların istəklərini ödəyə biləcək müxbir komandasına malik olmalıdır.

"İşdən azad etdiyimiz əməkdaşlarımız haqqında bu günlər sarı mətbuatda qayğıkeş məqalələr yazılır. Hətta bəziləri ANS-i yüksək səviyyəli peşəkarları itirməkdə ittiham edir. Həmin şəxslərə müraciət edərək demək istəyirəm ki, heç bir təşkilat peşəkarlardan imtina etməz. Yox, əgər belə hesab edirlərsə – onda mən onları təbrik edirəm, indi onlar sərbəstdilər və istənilən sayt onları dəvət edib onların peşəkarlığından yararlana bilər", - deyə Mais Məmmədov əlavə etdi.

Sonda isə o qeyd etdi ki, ANS-də işə qəbul və işdən azad etmə prosessləri Azərbaycan Respublikasının qanunları və daxili normativ sənədlərin tələbləri çərçivəsində həyata keçirilir və kimlərinsə bu haqda rəngarəng mövqeləri televiziyanı heç bir vaxt maraqlandırmayıb, maraqlandırmır və heç vaxt da maraqlandırmayacaq. "Özünüzü yormayın".