Əflatun Amaşov: Online medianın maliyyələşdirilməsi yaxın vaxtlarda həllini tapacaq - Açıqlama
10-okt-2017"Azərbaycanda internet media yeni formalaşır və bu sahədə maliyyə problemləri göz önündədir".
Bu sözləri Sonxeber.az- a açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, internet medianın əsas şərtlərindən biri onun dövlət tərəfindən maliyyələşməsidir.
Mətbuat Şurasının sədri bildirib ki, internet medianın dövlət tərəfindən maliyyələşməsi ona görə aparılmalıdır ki, reklam bazarının tam formalaşmadığı bir zamanda həmin xəbər portalları özlərinin müstəqilliyini saxlaya bilsinlər.
Xəbər portlallarında informaisyanın qeyri-dəqiq formada ölkə ictimaiyyətinə çatdırılması kimi problemlərin qarşısını almaq üçün onlar dövlət tərəfindən maliyyələşdirilməlidir. Onlar reklam vasitəsilə öz müstəqilliklərini təmin edə biləcəklər, ondan sonra həmin xəbər portalları öz gəlirləri hesabına fəaliyyətlərini qura bilər.
"Məsələ artıq Milli Məclisdə müzakirə edilib. Mən də bir neçə dəfə online medianın maliyyələşdirilməsi haqqında çıxış etmişəm.İnternet medianın dövlət tərəfindən maliyyələşməsi yaxın vaxtlarda bu məsələ həllini tapacaq. Biz istəyirik ki, Azərbaycanda internet media müstəqil olsun, ictimai fikrin formalaşmasında daha aydın olsun. İndiki şəraitdə reklam bazarında bəzi problemlər mövcud olduğundan internet medainaın dövlət tərəfindən maliyyələşdirilməsi vacibdir."