Bu gün:
Xezer.info » Media » Jurnalistlə vitse-pezident arasında əlbəyaxa dava - Polis çağırmaq istədilər

Jurnalistlə vitse-pezident arasında əlbəyaxa dava - Polis çağırmaq istədilər


Jurnalistlə vitse-pezident arasında əlbəyaxa dava - Polis çağırmaq istədilər
Son günlər ANS telekanalında baş verənlər, işçilərin şirkəti tərk etməsi və digər narazılıqlar dramatik həddə çatıb. Narazılıqlar telekanalın aparıcı xanım əməkdaşı ilə vitse-pezident Seyfulla Mustafayevlə dava ilə sona çatıb.

Teref.info xəbər verir ki, Criminal.az saytına tanınmış jurnalistin ANS-i tərk etməsinin səbəbi ilə bağlı maraqlı məlumat daxil olub.

Məlumatda bildirilir ki, dünən L.Ələşrəfqızı ilə S.Mustafayev arasında xoşagəlməz anlar yaşanıb. Bakı Film kinostudiyası üçün filmlə bağlı Ləman Ələşrəfqızı çəkiliş edib. Bir neçə nəfərdən müsahibə almalı olduğu halda tək müsahiblə kifayətlənib. Bu isə S.Mustafayevin qəzəbinə səbəb olub. ``Sən saçkavatlıq edirsən, havayı yeyənsən, burnundan gəlsin sənə verdiyim pullar`` deməsi L.Ələşrəfqızını özündən çıxarıb.

Məlumata görə, onlar bir-birinə əl-qol da atıb. Dava o həddə çatıb ki, hətta polis çağırmaq istəyiblər. Lakin sonda şirkətin mühafizəçiləri aranı sakitləşdirə bilib.

***

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Oxu.Az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

"Ləman hörmətli jurnalistimizdir. Dünən bir əməkdaşımızla mübahisə edərək ağlayıb. Deyib ki, işdən çıxıram. Baş redaktorumuz isə onu sakitləşdirərək hər şeyi yoluna qoymağa çalışıb. Lakin Ləman bir neçə gün evdə olacağını, işə gəlməyəcəyini bildirib.

Ləman ilə işimiz yoxdur. O, yeganə adamdır ki, ötən il səlahiyyətli qurumlardan ona "Əməkdar jurnalist” adını verməyi xahiş etmişik. Pis etməmişik


ki?!

İndi kiminləsə dalaşıb, özündən çıxıb, sosial şəbəkədə o cür yazı yazıb, özü bilər.

Amma Ləman Ələşrəfqızı nə zaman geri qayıtsa, onu qəbul etməyə hazırıq”, - deyə Məmmədov açıqlama verib.

O, həmçinin telekanalın digər əməkdaşları – aparıcılar Kəmalə Əlisgəndərqızı, Natiq Nailəoğlu və Tünzalə Rafiqqızının da ANS-i tərk etmələri ilə bağlı danışıb.

Mais Məmmədovun sözlərinə görə, Kəmalə Əlisgəndərqızı öz istəyi ilə telekanaldan ayrılıb:

"Ona dedik ki, müxbir çatışmır, sən işlə. Bizə söylədi ki, "mən müxbir işləmək istəmirəm, aparıcı olmaq istəyirəm”.

Qudurublar, hamısı aparıcı olmaq istəyir. Bu, yaxşı hərəkət deyil. Sabah biz küçədə görüşəndə necə salam verəcəklər?”.

Mais Məmmədov sonda Natiq Nailəoğlu ilə Tünzalə Rafiqqızının işdən konkret hansı səbəbdən uzaqlaşmaları barədə dəqiq məlumatı olmadığını vurğulayıb.