ABŞ-ın Azərbaycandakı sabiq səfiri:"Rusiya tərəfləri razılığa gəlməyə məcbur edəcək"
18-iyun-2016Rusiya Azərbaycan və Ermənistan prezidentlərini Sankt-Peterburqda Qarabağ münaqişəsinin həllinə vadar edə bilər.
Xezer.info Publika.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç deyib.
Onun sözlərinə görə, Rusiya münaqişəni həll edərək, fransızlara və amerikalılara regionda əsas güc olduğunu göstərəcək: “Sankt-Peterburq görüşü ilə bağlı üç mümkün variant var. Birincisi, bu, Rusiya tərəfindən ayrı formatda təşkil edilən görüşlər seriyasından olacaq. İkincisi, bu görüş Vyana sammitinin davamı ola bilər. Lakin ruslar prosesi Minsk qrupu ilə razılaşdırdıqları ilə bağlı heç nə deməyiblər. Üçüncüsü, Rusiya tərəfləri razılığa gəlməyə məcbur edəcək və göstərəcək ki, bu regionda əsas güc odur. Lakin görüşün hədəfini aydınlaşdırmaq çətindir, hətta baş verənlər görüşdən sonra da qeyri-aydın qala bilər”.