Bu gün:
Xezer.info » İdman » Avro-2016: Xorvatiya Çexiya yığması ilə bacarmadı +Cədvəl

Avro-2016: Xorvatiya Çexiya yığması ilə bacarmadı +Cədvəl


Avro-2016: Xorvatiya Çexiya yığması ilə bacarmadı +Cədvəl
Bu gün "Avro-2016"da Türkiyənin də yer aldığı D qrupunda Çexiya və Xorvatiya yığmaları üz-üzə gəlib.

Strateq.az xəbər verir ki, oyuna üstün başlayan xorvatlar 37-ci dəqiqədə İvan Perişiçin qolu ilə hesabı açıblar.

İkinci hissənin 59-cu dəqiqəsində isə xorvatlar İvan Rakitiçin qolu ilə fərqi 2-yə çatdırıbalr. Hamı xorvatların daha bir neçə qol vuracağını gözləsə də, çexlər oyunun sonuna yaxın aktivləşiblər. Milan Şkoda baş zərbəsiylə 76-cı dəqiqədə hesab arasındakı fərqli azaldıb. Oyunun son dəqiqələrində isə çexlər penalti qazanıblar. Zərbəni dəqiq yerinə yetirən Tomaş Neçid hesaba tarazlıq gətirib – 2:2.

Onu da eyd edək ki, oyunun sonuna 10 dəqiqə qalmış xorvat azarkeşlər meydana tez alışan maddələr atıblar. Buna görə oyunda xeyli fasilə də yaranıb. Yəqin ki, buna görə xorvatlar ali futbol qurumu tərəfindən cəzalandırılacaqlar.

Onu bildirək ki, bu qrupda Türkiyə millisi bu gün axşam Bakı vaxtı ilə 23.00-da İspaniya ilə oynayacaq.

N Komandalar O Q H M T-F X
1 Xorvatiya 2 1 1 0 3-2 4
2 İspaniya 1 1 0 0 1-0 3
3 Çexiya 2 0 1 1 2-3 1
4 Türkiyə 1 0 0 1 0-1 0