Bu gün:
Xezer.info » Dünya » 2016-cı il ərzində münaqişələrdə 8 000-dən çox uşaq ölüb və ya yaralanıb

2016-cı il ərzində münaqişələrdə 8 000-dən çox uşaq ölüb və ya yaralanıb


2016-cı il ərzində münaqişələrdə 8 000-dən çox uşaq ölüb və ya yaralanıb
Dünyadakı müxtəlif münaqişələrdə ötən il ərzində 8 000-dən çox uşaq ölüb və ya yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, Əfqanıstandakı münaqişədə ötən il ərzində 3512, Suriyada – 1915, Yəməndə isə 1340 uşaq ölüb və ya yaralanıb.

Qeyd edək ki, bundan əvvəl BMT Səudiyyə Ərəbistanının İŞİD-ə qarşı rəhbərlik etdiyi koalisiyanı Yəməndəki münaqişədə uşaqların qətlində və yaralanmasında təqsirkar olan təşkilatların siyahısına daxil edib. “Qara siyahı”ya həmçinin üsyançı husilər, Yəmən Silahlı Qüvvələrinin və hökumət yönümlü silahlı dəstələrin nümayəndələri və “Əl Qaidə” üzvləri daxil edilib.