"AQROLİZİNQ"İN SABİQ SƏDRİ TARİYEL RƏSULOV SAXTA SƏNƏDLƏRLƏ TORPAQ SAHƏSİNİ NECƏ ƏLƏ KEÇİRİB?
06-okt-2017Tariyel Rəsulovun qardaşı Yavər Rəsulova dəstək verərək Saray qəsəbə sakini Rahim Cavadovun torpaq sahəsini saxta sənədlərlə necə ələ keçirib?
...Prezident İlham Əliyev dəfələrlə məmurların və onların övladlarının qudurğanlığını bağışlamayacağını bəyan edib… Əlbəttə, qudurğanlıq təkcə hardasa, kiməsə qarşı «avtoş»luq etmək, kimisə, hansısa restoranda gülləmək demək deyil… Qudurğanlıq həm də sadə vətəndaşı aldadaraq, rəsmi statusdan sui-istifadə edərək əliqabarlı vətəndaşın imzasını saxtalaşdıraraq onun torpaq sahəsini, digər mülkünü ələ keçirməkdir. Necə ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC-nin sədri (artıq sabiq) Tariyel Rəsulov belə bir qanunsuz və əsassız addım atmışdır…
Zəhmət adamlarına hallıq öyrədən sədrin halal olmayan hərəkətləri…
«Təzadlar»a Abşeron rayonunun Saray qəsəbə sakini Rahim Cavadov və onun ailə üzvləri tərəfindən şikayət məktubu daxil olub. «008-ci ildən məhkəmə çəkişməsində olan M.Cavadovun başına gətirilənləri, bəlkə də, reallıqda təbii qəbul etmək olardı. Lakin biləndə ki, bu müsibətləri torpaq adamı olan zəhmətkeş bir ailənin başına torpaqların təyinatı üzrə istifadəsi ilə kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına cavabdehlərdən olan Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC-nin sədri (artıq sabiq) Tariyel Rəsulov gətirib, onda dərindən təəssüflənməli olursan…
Yaxşı xatırlayıram ki, 2005-ci ilin noyabrın 4-də Şirvan şəhərində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin ilk regional mərkəzi açılmışdı. Bu münasibətlə keçirilmiş tədbirdə Aran iqtisadi rayonu üzrə iş adamları, fermerlər, hüquqi şəxslər, Kənd Təsərrüfatı Nazirliyi müvafiq qurumlarının rəhbərləri iştirak edirdilər. Həmin tədbirdə mən də var idim… Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İsmət Abasov aqrolizinq siyasətinin hazırlanması və həyata keçirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri olduğunu vurğuladı, sonra mətləbə keçdi. Dedi ki, «…2005-ci ildə tender vasitəsilə texnika əldə edilməsinə ayrılmış 100 milyard manat vəsait hesabına 250 ədəd taxılbiçən kombayn, 284 ədəd traktor, 686 adda digər kənd təsərrüfatı texnikaları, 30 ədəd mini traktor, həmçinin 22.99 milyard manatlıq gübrə və pestisidlər alınmışdır. 2006-cı ildə isə kənd təsərrüfatı maşın və mexanizmlərinin alınmasına 150 milyard manat (Red: manatın o dövrdəki məzənnəsi ilə)vəsait yönəldiləcəkdir…» və sair.
Ən maraqlısı, “Aqrolizinq” ASC-nin sədri Tariyel Rəsulov toplantıda çıxış edərək fermerlərə və texnika alıcılarına təklif edilən məhsulları təriflədikdən sonra onlara torpağa daha yaxın və doğma münasibət bəsləməyi məsləhət gördü, hallıqla işləməyi, məhsul bolluğuna dəstək verməyi tövsiyyə etdi…
Saray sakinlərinin torpaq sahələri Tariyel Əsədovun nəyinə lazım idi?
İndi gəlirəm Saray qəsəbə sakini Rahim Cavadovun və onun ailə üzvlərinin halal torpaq sahələrinə uzanan çirkli əllərin sahiblərinin niyyətinə… Beləliklə, Rahim Cavadov «Təzadlar»a təqdim etdiyi şikayət ərizəsində Azərbaycan Baş Prokuroru Zakir Qaralovdan kömək istəyir. Şikayət məktubunun qısa məzmunu belədir. Şikayətçi yazır: "Azərbaycan Baş Prokuroru Zakir Qaralova!
Surəti "Təzadlar" qəzeti redaksiyasına!
Hörmətli Zakir müəllim!
Bildirirəm ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 saylı qərarı ilə mənə və ailə üzvlərimə, yəni Maya Qəmbərovaya və Fidan Cavadovaya 050 ha torpaq sahəsi ayrılmışdır (Dövlət Aktı təqdim olunur). Sonradan bizə bildirdilər ki, həmin torpaq sahəsi dövldət ehtiyacları üçün alındığından bizə onun əvəzində Saray qəsəbəsi ərazisindən torpaq sahəsi veriləcək. Sonradan isə bizə məlum oldu ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC-nin sədri (artıq sabiq) Tariyel Rəsulov qardaşı Yavər Rəsulova dəstək verərək bizim torpaq sahələrini imzalarımızı saxtalaşdıraraq ələ keçirblər. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi də bunu təsdiqləmişdir..."
-Bəs Rahim Cavadovun və ailəsinin torpaq sahəsi saxta sənədlərlə necə ələ keçirilib?
(Davamı var)
"Təzadlar"