Pike yığmadan gedəcəyi vaxtı açıqladı
05-okt-2017Son günlər tənqidlərə məruz qalan İspaniya millisinin müdafiəçisi Xerard Pike azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib
Xezer.info apasport.az-a istinadən xəbər verir ki, "Barselona"nın oyunçusu təşkil edilən mətbuat konfransında yığmadan getməyi düşünmədiyini söyləyib.
30 yaşlı futbolçu yığmanın toplanışı zamanı azarkeşlərin ona qarşı etirazına görə məyus olduğunu əlavə edib: "Təhqirlərə məruz qalmaq və fitə basılmaq xoş deyil. Baş verənlər mənim üçün çətin şeylərdi. Amma yığmadan getmək həmin insanları haqlı çıxarar. Müstəqillik tərəfdarları da yığmada oynaya bilərlər. Müstəqillik istəyirəmsə, bu o demək deyil ki, İspaniyaya qarşıyam. 15 ildi millinin formasını geyinirəm. Bura mənim üçün ailə kimidi və formanı geyinməyimin ən böyük səbəblərindən biri də budu. İspaniya yığmasında oynadığım üçün fəxr edirəm. Heç kim buna şübhə etməsin".
Kataloniyadakı referendum zamanı səsləndirdiyi fikirlərin arxasında olduğunu söyləyən ulduz futbolçu DÇ-2018-in ardından milli karyerasını bitirəcəyini də bildirib.